Azərbaycanın Şamaxı rayonunda bir ailənin üç üzvü intihar edib
Şamaxı rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, Şamaxı şəhər sakinləri, İran əsilli 1962-ci il təvəllüdlü Məmmədşuri Məlahət Allahverdi qızı, onun qızı 1988-ci il təvəllüdlü Məmmədşuri Tünzalə Supehdar qızı və onun oğlu, 2005-ci il təvəllüdlü Məmmədşuri Elvin Elnur oğlu özlərini Şamaxı rayonunda yerləşən Zaqalabatay Şirvangöl su anbarına ataraq intihar ediblər.
Aparılan xilasetmətmə tədbirləri nəticəsində hər üç şəxsin meyiti sudan çıxarılıb. Meyitlərin üzərində müayinə aparılıb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.