Baş nazir postu uğrunda savaş

arturKəmaləddin Heydərov, Ziya Məmmədov, Oqtay Əsədov, Əbülfəz Qarayev və Azad Rəhimov ikinci şəxs olmaq uğrunda döyüşür

Baş nazir Artur Rəsizadənin səhhətindəki problemlərlə bağlı tez-tez məzuniyyətə çıxması onun istefaya göndərilməsi məsələsini aktuallaşdırıb. Artıq “yuxarılar”da Artur Rəsizadəni başqası ilə əvəzləmək barədə düşünürlər. Bu isə hakimiyyətdaxili ziddiyyətlərin daha da alovlanmasına səbəb olub. Çünki baş nazir postuna iddialıların sayı çoxdur.
Iddialılardan biri föəvqəladə hallar naziri Kəmaləddin Heydərov Heydərovdur. “Fövqəlnazir” ölkənin ikinci şəxsi statusunu rəsmiləşdirmək üçün bütün potensialını işə salıb. Hakimiyyətdəki “Naxçıvan” qruplaşması da bu məsələdə Kəmaləddin Heydərova dəstək verir.
Digər iddialı isə nəqliyyat naziri Ziya Məmmədovdur. Hakimiyyət daxilində güclü fiqurlardan biri olan Ziya Məmmədov rəqibi Kəmaləddin Heydərovun yolunda maneə olmaq istəyir. Yəni, nəqliyyat naziri “fövqəlnazir”in baş nazir postuna yiyələnməsinin qarşısını almaq üçün öz iddiasını ortaya qoyub. Kəmaləddin Heydərovun baş nazirliyinin əleyhinə olan bir sıra məmurlar da Ziya Məmmədovun ikinci şəxsə çevrilməsinə çalışırlar.
Hakim ailə isə üç namizəd arasında seçim etməlidir. Ailə ilə münasibətləri sıcaq olan – parlamentin spikeri Oqtay Əsədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və idman və gənclər naziri Azad Rəhimov baş nazir olmaq arzusunu dilə gətirib.
Biz hələ bir müddət əvvəl məlumat vermişdik ki, Oqtay Əsədov artıq spiker olmaq istəyir. Spikerin fikrincə, baş nazir postu ona daha uyğundur. Oqtay Əsədov bu arzusunu bir neçə dəfə dövlət başçısının da diqqətinə çatdırıb.
Əbülfəs Qarayevlə Azad Rəhimov da ölkənin ikinci şəxs olmaq niyyətlərini gizlətməyiblər. Ona görə də hakim ailə seçim qarşısındadır. Çox böyük ehtimalla bu məsələdə Oqtay Əsədova üstünlük veriləcək.
Ümumiyyətlə isə adıçəkilən şəxslərdən kimin Artur Rəsizadəni əvəzləyəcəyini indidən demək bir qədər çətindir. Çünki iddialıların hamısı güclüdür və ya onların arxasında böyük güc dayanıb. Hətta ola bilər ki, “yuxarılar” Artur Rəsizadəni əvəzləmək barədə fikirlərini dəyişsinlər.
Informasiya şöbəsi

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

mizrak yazıb 33 məqalə.

4 şərh var | “Baş nazir postu uğrunda savaş”

  • Asim yazıb 11 September, 2009, 13:51

    Mubariz, bele yazini yazirsan, senin delillerin nedir bu meselede? Olmaz axi bele, agla ne geldi yazib oxucularin vaxtini alirsan ve dediklerini hec bir menbe ile desteklemirsen.

  • tehlukeeeeeeeeeeee yazıb 7 November, 2009, 8:43

    olar olarrrrrrrrrrrrr

  • namus yazıb 12 February, 2010, 14:04

    888 sus ve gor 888

  • FR yazıb 26 March, 2010, 21:44

    Mənçə ARTURİKİ RƏSSAMLA əvəz etsələr heçdə fərg etməz. İkisidə rus demişkən “погоды не делают”.Məqalədə adları çəkilənlər isə biri-birilərini yeməyə hazırdırlar və kim garant verə bilər ki, bu postu tutandan sonra iştahalarından daha nə…… keçəcək……????

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.