Rusiya sərhədlərin açılmasına yol vermək istəmir
- Sunday, April 12, 2009, 16:20
- Siyasət
- 873 nəfər oxuyub
- 4 şərh var
Vəfa Quluzadə: «Rusiyanın marağı Azərbaycana qoşun yeritmək, Türkiyənin də marağı Ermənistanla sərhədləri açmaqdır»
“Rusiya yalnız öz hərbi qüvvələrini Azərbaycana yerləşdirəcəyi halda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq verə bilər”
Gündəmdə olan və ən çox diqqəti çəkən məsələ Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı gəzən söhbətlərdir. Artıq Türkiyə rəhbərliyi Ermənistanla sərhədləri açmaq niyyətində olmadığını bildirsə də, bu mövzu ətrafında söhbətlər hələ bitmək bilmir. Mövzunun demək olar bütün başqa məsələləri kölgədə qoyduğunu desək, yanılmarıq.
Azərbaycan prezidenti Ilham Əliyevin bu ərəfədə Rusiyaya səfərə hazırlaşması, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rusiylı həmkarı Putinlə telefonla danışması və bu ölkəyə səfər etmək niyytində olduğunu deməsi mövzuya diqqəti bir qədər də artırdı. Sərhədlərin açılmasında maraqlı olmayan tərəflərdən birinin Rusiya olduğunu nəzərə aldıqda, həm Azərbaycan prezidenti, həm də Türkiyənin baş naziri Ərdoğanın bu ölkədə müzakirə edəcəkləri əsas məsələnin məhz bu mövzu olduğu sirr deyil. Bəs Rusiyanın indiki halda mövqeyi necə ola bilər?
Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, bu məsələdə Rusiyanın mövqeyi əvvəlki kimi olacaq: “Hələ Heydər Əliyevin vaxtında dəfələrlə Rusiya təklif edirdi ki, Azərbaycanın bir neçə rayonunun azad edilməsinə kömək etsin. Bunun əvəzində isə həmin torpaqlarda sülhməramlı qüvvələr kimi rus əsgərləri yerləşdirilsin. Bu, Rusiyanın çoxdankı mövqeyidir və hələ ki, dəyişməyib. Heydər Əliyev ölkə ərazisində xarici qoşunların yerləşdirilməsini rədd edirdi. Ilham Əliyev də bir neçə gün əvvəl bəyanat verib ki, Azərbaycan torpaqlarında xarici qüvvələr yerləşdirilə bilməz. Ola bilsin ki, indi Ərdoğan Ermənistanla sərhədlərin açılmasında maraqlıdır. Amma Rusiya bunda maraqlı deyil”.
Politoloqun sözlərinə görə, Rusiya yalnız öz hərbi qüvvələrini Azərbaycana yerləşdirəcəyi halda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq verə bilər: “Rusiya yalnız Azərbaycanda öz əsgəri mövcudluğunu yenidən bərpa etsə, buna birtəhər razı olar. Rusiya 1993-ci ildən bəri öz qoşunlarını hər hansı bir adla Azərbaycanda yerləşdirməyə çalışır. Birinci cəhd Kəlbəcərin işğalından dərhal sonra edilmişdi. Onda xarici işlər nazirinin birinci müavini Adamişın təklif etmişdi ki, Azərbaycan heç olmasa bir batalyon rus əsgərinin Kəlbəcərə gəlməsinə razılıq versin. Məni Moskvaya dəvət edib bunu Elçibəyə çatdırmağı xahiş etmişdilər. Amma Elçibəy buna rədd cavabı vermişdi. Ondan sonra rayonların işğalı davam etdi. Bundan sonra da dəfələrlə müxtəlif səviyyələrdə bu məsələ barədə danışılıb. Rusiyanın əsas məqsədi Azərbaycanda öz hərbi mövcudluğunu bərpa, Azərbaycanı təhlükəsizlik ittifaqına aktiv üzv etməkdir. Bununla da Rusiya NATO-ya cavab vermiş olacaq. Üstəlik, bu gün Rusiya Amerikadan, NATO-dan tələb edir ki, Qərb MDB-nin birləşmiş silahlı qüvvələrini tanısın. Qərb də bunu tanımır, tanımaq da istəmir. Ona görə də, sözsüz ki, Rusiyanın əsas məqsədi Azərbaycanı birtəhət şirnikləndirib bura öz qoşunlarını gətirmək və təhlükəsizlik ittifaqına üzv etməkdir. Azərbaycan rus qoşunlarının burda yerləşməsinə razılıq versə, onda guya 5 rayon işğaldan azad ediləcək.
Əslində erməni işğalından rus işğalına keçəcək. Əgər Azərbaycan buna razılıq versə, onda Rusiya icazə verəcək ki, Ermənistan-Türkiyə sərhədi açılsın. Amma bu olmasa, Rusiya sərhədlərin açılmasına icazə verməyəcək. Nəsə ortalığa çıxacaq və sərhədlər açılmamış qalacaq. Baxmayaraq sərhədlərin açılması üçün iş gedir, Türkiyə rəhbərliyi bəyanatlar verir ki, sərhədləri Azərbaycanın razılığı olmadan açmayacaqlar. Indi məqsəd torpaqların işğal azad edilməsindən əvvəl Azərbaycanın razılığını əldə etməkdir. Buna tamamilə mənfi baxıram. Hesab edirəm ki, Azərbaycanın prezidenti heç vaxt ölkəyə xarici qoşunların gəlməsinə icazə verməyəcək. Əgər bu belə asan məsələ idisə, Azərbaycanla Ermənistan bunu özləri həll edirdisə, onda Medvedev, Rutin, Ərdoğan və başqaları nəyə lazım idi. Ermənistan gəlib Azərbaycanla danışsın, şərtsiz beş rayondan öz qoşunlarını çıxarsın. Azad olunan əraziyə Azərbaycan qoşunları daxil olsun. Yada salmaq istəyirəm ki, 1992-1993-ci illərdə Azərbaycan rayonları işğal ediləndə gündəlik yaradılmışdı və orada erməni qoşunlarının çıxması və Azərbaycan qoşunlarının daxil olması müzakirə olunurdu. Orda mübahisəyə əsas səbəb Azərbaycan qoşunlarının hansı növ silahla işğaldan azad ediləcək torpaqlara daxil olmasıydı. Atıcı, yoxsa ağır silahlarla. Indi görün vəziyyət nə qədər dəyişib ki, bunu heç gündəmə gətirmirlər. Ermənilər Rusiyanın təsiri ilə deyirlər biz qoşunlarımızı işğal altında olan torpaqlardan çıxarmağa o vaxt razılıq verərik ki, ora Azərbaycan qoşunları gəlməsin. Azərbaycan qoşunları ora getməsə, torpaqlar işğaldan azad edilsə, ora nə bir adam işləməyə gedəcək, nə də əhali qayıdacaq. Çünki əhali yenə də soyqırıma məruz qalmaqdan qorxacaq. Ermənilər özlərini belə göstəriblər.
Ancaq deyirlər ki, guya bizdən qorxurlar, ona görə bizim qoşunun ora gəlməsini istəmirlər. Bunların hamısı boş-boş bəhanələrdi. Rusiyanın marağı Azərbaycana qoşun yeritməkdir, Türkiyənin də marağı Ermənistanla sərhədləri açmaqdır. Bunların hamısı baş tutsa, bizim əleyhimizə olacaq”.
Fizzə
там разы
salam!menim bele bir sualim var ne ucun amerika prizdenti CENAB OBANIN TURKIYE YE OLAN seferi neticesiz qaldi?
azerbaycan
Bizim Rusiya ile danisilacaq meselemiz yoxdur. Torpaqlarimiz rusiya kimi vandal dovletlerle doyuse bilecek nuve silahimiz olanda ya da siyasi veziyyet deyisib rusiya dagilanda mumkun olacaq. O da sual altindadir cunki o zaman da ermeni xalqi fahise oldugu ucun yeni kliyentleri cixa biler. meselen ABS ve ya Fransa kimi ve ya sie qardaslari Iran kimi. bunlarin arasinda zeif ehtimal edilen dovletler de var amma ciddi tehluke olaraq ABS var. cunki Amerikanin demokratiyasi muselman olkeleri ucun deyil. demokratiyadan danisan dovletin Azerbaycana qarsi qebul etdiyi 907-ci duzelisi ozunuz bilirsiz. Bu duzelis adli senedin qebulunun esas sebebi kimi Azerbaycanin isgalci kimi gosterilmesidir. Gorursunuzmu yehudi dovletini ikiuzlu alcaq siyasetini. Azerbaycanin torpaqlarinin isgal ollundugu bir zamanda xacperest-sionist dovleti bizi basqasinin torpagini isgal etmekde gunahlandirir ve bizi Dunyaya bele tanitmaga sey gosterir. Guya bu vandal “demokratlar” Azerbaycanin 1918-ci ilde fasist rusiyasinin isgalindan azad olub dovlet qurarken ve ondan evvel hansi erazilere sahib oldugunu bilmir. Misirde hansisa gorbagor kafir fironun 3-4 min il bundan qabaq ne is gormesi hansi erazilere sahib olmasi dovleti nece idare etmesi haqqinda coxbilmislik eden ABS guya bu meseleden xebersizdir. Siz buna inanirsinizmi? Bu eclafliq deyilmi? Eclafligin qerbde basqa bir adi da var – xristianliq ya da yehudilik. Bunun basqa izahi siyasetdir. Siyaset de iyrenc mexluqlarin elinde iyrenc olur.
ABS – in son zamanlar yeni siyaseti peyda olub. CIA(amerika merkezi kesfiyat idaresi) nurcu pozuntularini maliyyelesdirib muselman dovletlerini basina bela edib onun bascisi ermeni seytanullah gulen vasitesi ile Turkiyeni Azerbaycani Orta Asiyani ele kecirib servetlerini talamaqdir. Bele bir cehd Orta Asiyada – Ozbekistanda olub, Nurcu katolikler Cag oyretim isletmeleri adi altinda amerikaya cesus yetisdiren mekteblerini baza ederek Ozbekistanda hakimiyyet deyismek istedi. Neticesini xatirlayanlar bilir. Ozbekistanda bas verenleri bizim kanallar gosterirdi. Yuzlerle insan – nurculara satilmislar olduruldu, ABS ise bu hadiseni demokratiyanin pozulmasi kimi qeleme vererek oz nokerlerine destek vermeye calisdi. Sonrasi nurcular ucun yaxsi olmadi. ermeni esilli ve diger menseyi bell olmayan nurcu katolik muellimleri Ozbekistandan cixardilar. Ozbekistanda anti islami nurcu mektebleri-cag oyretim isletmeleri-amerika qeydiyyatli teskilatin mektebleri baglandi. Ardinca nurcu pozuntularinin mekteblerini fealiyyeti Rusiyanin FTB si terefinden nezarete alindi ve Rusiyadan cixarilmaga baslandi. Bu meselede Azerbaycan hakimiyyetindeki satilmis caqqallar olmasa Insaallah bu kafirleri burdan da cixarmaga nail ola bilsek ermeni meselesine paralel olaraq ABS -in mexfi olaraq bize qarsi hazirladigi 2-ci “ermeni” meselesine qarsi da olkenin tehlukesiliyini temin ede bilecek ve hec olmasa 1-ci mikrob ermeni meselesinde qoyunluq gosterib ermenini kirve tutanlar, ermeniden qiz alan eclaflar bu meselede onlene bilecekler. Amma teessuf ki nurcular olkede fealiyyetlerini genislendirirler ve ayri-ayri evlere yigisaraq ermeni “abi” lerinin tebligati ile Azerbaycan ordusunda xidmet etmekden yayinma ideoligiyasi asilayirlar. ermeniye gulle atmamaq tebligatinin getdiyi nur ocaqlari sizce kime xidmet edir? Bunlari destekleyib ve ya fealiyyetlerine goz yuman indiye kimi olkede saxlayan hakimiyyetin milliyeti sizce ne ola biler? Nurcularin cinayeti bunlarla bitmir, meqsed kafire gulle atmagin lazim olmadigi asilanmis zombi dombalib qalxanlar yetisdirmekdir nece ki bunu Turkiyede qoyunlara asilaya bilibler. Cihad Islamin ozunu mudafie qalxanidir. Bunu sindirmaq isteyen qrisnaci nurcular muselman olkelerini muqavimetsiz hala getirib isgala hazir etmekdir. Meqsed ise novbeti xacli yurusu ve muselman olkelerinin Dunyadan silinmesidir! Bu vehsiliye hamini muqavimet gostermeye Qafqaz Universiteti adli ermeni merkezine usaq oxumaga gondermemeye, cag oyretim isletmeleri teskilatinin mekteblerine azyasli usaqlarin gonderilib onlarin orda zombilesdirilmesinin qarsisini almaga cagiriram. Geciksek Azerbaycani 2-ci sionist-xristian tecavuzu gozleyir!