Samir Piriyev Zərrin Özərlə duet oxuyacaq

samir150“Yaxın vaxtlarda görüşüb, duet yazdıracağıq”

Türkiyənin TRT-1 kanalında yayımlanan “Sən Türkünü söylə” yarışmasında Azərbaycanı təmsil etmiş ifaçı Samir Piriyev Türkiyənin məşhur sənətçisi Zərrin Özərlə duet oxuyacaq. Bu barədə S.Piriyev Lent.az-a eksklüziv açıqlamasında bildirib: “Yarışmanı tərk etdikdən sonra çox sayda təkliflər almışam. Lakin onların əksəriyyətini qəbul etməmişəm. Çünki təkliflərin demək olar ki, hamısı Türkiyədə qalıb işləmək şərtilə irəli sürülüb. Mən Azərbaycandan kənarda qalıb işləyə bilmərəm. Lakin buna baxmayaraq, Türkiyə şou-biznesinə qatılmaq fikrindəyəm. Yaxın vaxtlarda Zərrin xanımla görüşüb, duet yazdıracağıq”.

S.Piriyev bu duetlərin həm Zərrin Özərin, həm də özünün albomunda yer alacağını da əlavə edib.

Lalə Yusifqızı

Lent.az

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

mizrak yazıb 33 məqalə.

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.