Daxili İşlər Nazirliyi (DİN) mühəndis-inspektor vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
![]()
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, müsabiqədə informasiya texnologiyaları və sistemləri ilə işləməyi bacaran mütəxəssislər, həmçinin Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika”, Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter texnikası”, “Radiotexnika və rabitə”, Azərbaycan Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültələrini bitirmiş, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 170 santimetrdən aşağı, yaşı isə 30-dan (elmi dərəcəsi olan mütəxəssislər 35-dən) yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Xidmətə qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
- şəxsiyyət vəsiqəsi
- ali təhsil haqqında diplom
- hərbi bilet
- əmək kitabçası (olduqda)
Namizədlərin bilik səviyyəsi, daxili işlər orqanlarının əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə sağlamlıq vəziyyəti və fiziki hazırlığı müvafiq komissiyalar tərəfindən yoxlanılacaq.
Müsabiqə üçün sənədlər DİN-in inzibati binasında (Bakı şəhəri, Azərbaycan prospekti 7) aprelin 10-dan mayın 10-dək (bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul edilir.
Əlaqə telefonları: 590-93-23; 590-95-15 (daxili: 13-23; 15-15)