Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazandı
Şalva Qadabadze bürünc medal uğrunda görüşdə polşalı Pavel Posladı məğlub edib
Litvanın paytaxtı Vilnüsdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir güləşçimiz bürünc medal qazanıb. 84 kq çəkidə yarışan Şalva Qadabadze polşalı Pavel Posladı məğlub edərək Avropa çempionatının bürünc medalını qazanıb. Avropa çempionatında bu gün mübarizəyə qoşulmuş digər güləşçimiz Denis Mişin Avropa çempionatını medalsız başa vurub. /ANS PRESS/