Qarabağı almasaq…

ahmad_shahidov… bizdən adam olmayacaq!
Bir həftə bundan əvvəl “Azadlıq” qəzetində yazdığım məqalə internet istifadəçiləri arasında ciddi müzakirələrə səbəb oldu. Əslində bir-birindən fərqli mövqelər ortaya qoyuldu. Biri dedi biz türkük, biri dedi Azərbaycanlı, biri kürd olması ilə öyündü, bəziləri də milliyyətin əslində formal olduğunu, əsas dövlətçiliyik maralarından çıxış etməyi məsləhət gördü. Mənə qalsa, biz Azərbaycanlıyıq, bir az da dərinə gedib Azəri türkü adlana bilərik. Amma bir azərbaycanlı kimi məni ilk növbədə öz Vətənimin problemi olan Dağlıq Qarabağ konflikti maraqlandırır, şəhidlərimizin intiqamını necə alacağımızı düşünürəm.
Bəzən fikirləşirəm ki, bu cəmiyyətdə yaşayırıq. Biri gəlib bizim toyuğumuza daş atanda əsəbiləşirik, gedib az qala həmin adamın başını kəsməyə hazırıq. Yadımdadır, özümə təzə avtomobil alanda məhəllədəki uşaqlar futbol oynayır, top tez-tez gəlib mənim avtomobilimə dəyərdi. Pəncərədən baxıb bunu görəndə dəli olurdum. Gedib həmin uşaqlara təpinir, topunu alıb cırmaq istəyirdim. Çünki, sahib olduğum əmlaka ziyan dəyməsini istəmirdim. Halal zəhmətlə qazandığım şeyin əldən çıxmasına və ya zərər görməsinə razı ola bilmirdim.

Vətən nə deməkdir? Gəlin bir düşünək. Azərbaycan mənim, sənin, onun, bunun malik olduğu evin, bağın, torpağın, ailələrin birlikdə cəmidir. Mən olmasam, sən olmasan, o olmasa, əlbəttə ki, Vətən də olmaz. Onda bəs niyə Vətəni layiqincə qoruya bilmirik?! Maşınının yanı cızılanda əsəbiləşən o azərbaycanlı nəyə görə yaşadığı Vətənin 20 faizi işğal altında olanda belə sakit ola bilir?! Niyə? Axı bizim canımız gedib əldən. Sussaq, onda bir 10 ildən sonra, bəlkə də 20 ildən sonra gəlib Şamaxıya, oradan da Bakıya çıxacaq erməni dığaları.

Nəyə görə indi gənclərimiz əsgərlikdən yayınmağa və ya “yaxşı” hərbi hissələrə düşməyə can atırlar. Guya Qubada, Masallıda qulluq edənlər sabah müharibə başlayanda səngərdə erməni ilə üz-üzə qalmayacaqlar?!

Maraqlıdır, heç kim müharibədə ölmək istəmir. Bu, təbii bir hissdir. Allah insana ömür verib, can verib. Bu canı qorumaq da biz bəndələrin borcudur. Amma qorxaq kimi daş dalında gizlənmək və düşmənə boyun əymək də kişi işi deyil axı, əzizlərim. İndiki nəsil fikirləşir ki, Qarabağı nə vaxtsa alacayıq. Bununla da gələcək nəsillərin üstünə atmaq istəyirlər bu vəzifəni. Nə olar müharibə başlasa, mən ölsəm, sən ölsən, o ölsə, bu millət bitib tükənməyəcək. Əksinə Qarabağı qan bahasına geri alacayıq, ermənilərin kafasını elə əzəcəyik ki, hələ bir 50-100 il də onların səsi çıxmayacaq.

Müharibə deyən kimi ölümü göz önünə gətirmək əslində bir acizlik əlamətidir. Müharibədə düşməni məhv etmək, öldürmək lazımdır. Buna hazırıqmı? Gərək indidən məktəblərdə təbliğatı bu istiqamətdə aparaq. Maraqlıdır, ailədə körpə dünyaya gələndə ata-ana sevinclə deyir ki, Vətənə əsgər böyüdürəm, amma 18 yaşa çatanda həmin gənci min bir bəhanə ilə hərbi xidmətdən yayındırmağa çalışırlar.

Amma şübhəsiz ki, mərd oğullarımız da çoxdur. Mən deyərdim ki, Azərbaycan xalqı mərd xalqdır. Sadəcə son dövrlərin böhranları, çətinlikləri insanları bir qədər qorxudub. Gərək dövlət də insanlara elə münasibət bəsləsin ki, müharibəyə yollanan gənc arxa cəbhədə öz ailəsinin təminatından arxayın olsun.

Məncə bəsdir, hər yeni il axşamı Qarabağın nə vaxtsa geri qayıdacağı barədə arzular səsləndirmək, tostlar qaldırmaq. İndi şərab içmək deyil, düşmən qanı içmək vaxtıdır. Qarabağı qaytarmasaq, vallah bizdən adam olmayacaq. Axı biz adamıq, gərək Qarabağımıza sahib çıxaq!

Əhməd Şahidov

Mövzuyla bağlı digər yazılar

  • Mövzuyla bağlı digər yazı yoxdur

Müəllif barədə

admin yazıb 36 məqalə.

18 şərh var | “Qarabağı almasaq…”

  • Mehman yazıb 4 April, 2009, 4:09

    Cox yaxsi fikirler yazibsan. Mend maraqlidir, muharibe baslasa, sen gedeceksen? Umumiyyetle, sen ozun herbi xidmetde olmusan? Amma kisi kimi cavab ver. Cunki bayaqdan kisilikden danisirsan. Cavabini gozleyecem.

  • Zaur yazıb 4 April, 2009, 11:35

    Mehmanin sualina qoshuluram…

  • Əhməd Şahidov yazıb 4 April, 2009, 23:01

    Salam dəyərli dostlar. Əvvəla onu deyim ki, mənim fəlsəfə doktoru alimlik dərəcəm var. Azərbaycan Qanunvericiliyinə görə, alimlik dərəcəsi almış Azərbaycan vətəndaşları dinc şəraitdə h\rbi xidmətə getməkdən azaddırlar. Odur ki, bu qanun mənə də şamil edilib.
    Hal-hazırda məni hərbi xidmətə aparmırlar. Lakin inandırım sizləri, sabah müharibə başlasa, mən də sizlər kimi əlimdə silah ön sıralarda olacam. Odur ki, səngərdə görüşənə qədər!

  • sevinc yazıb 11 April, 2009, 20:14

    Hərbide olmadigina göre sene söz düsmür!!!!!!!!!!!!!!!!!!!!!!!

  • AYDIN yazıb 22 April, 2009, 23:02

    QADAN ALIM EGER MÜHARİBE ÇIXSA SEN DE GELECEKSENMİ? BUNU YAZMAQ ASANDI? AMA UYGULAMAQ ÇETİN…MÜELLİFE SORURAM

  • ulubey yazıb 26 April, 2009, 0:31

    Bu işler savaşla olmaz…Aslında olabiler ama Azerbaycan savaşla Karabağı alamaz…Gürcistan savaşından biraz ders çıkaralım…Azerbaycan Karabağı kurtarıyorum derken elindekindende olur…Azerbaycan nın bir kozu var petrol ve dogalgaz..İstese çok akıllı bir siyasetle karabağı alabilirdi…Ama maalesef sadece Azerbaycan küsmeyi tehdit etmeyi biliyor…Azerbaycan Türkiye ile hareket etmeli.. Sınır açılsa bile Türkiye ile hareket etmeli…Zira Türkiye Azerbaycana ihanet etmez…Sadece büyük düşünür…Büyük hamleler atar…Belki bana kızacaksınız ama ben böyle düşünüyorum…Türkiye AB den vazgeçer ama Azerbaycandan vazgeçmez…

  • murat yazıb 5 May, 2009, 21:56

    selam deyerli arkadaşlar karabgı almak icin bir kere her kesin karabagı sevmesi lazım bakın filistin halkı nasıl mücadile ediyo topraklarının her karışını seviyolar kısaca ölümden korkmyolar bakın türkiye nasıl kurtuluş savaşı verdi nasıl mücadile etdi azeri kardeşlerim de ne zaman filistin halkı türk halkı gibi ölümden kormasa o zaman rüsya da bi şey yapamaz yeter ki ölmeyi bilelim teşekkürler wolkuser@hotmail.com

  • murat yazıb 5 May, 2009, 22:01

    bi de türkiye büyük bi devlet ve azerbaycanı cok sevyo azerbaycan kardeşlerimize yalnışlık yapmaz yani azerbaycanın alehini hic bir politka uygulamaz hükümek uygulasa bili halk yapmaz yani azerbaycan türkyeye güvenmelidir amma aliyev kendi koltugunu korumak icin türkye ve batıdan kacyo cün ki batı demokrasi taleb edyo amma aliyev de kral olmak istyo ona göre de rusya aliyeve daha güzel olyo

  • elman yazıb 13 May, 2009, 10:32

    Bizdə Qarabağı almağa nə ordumuz ,nədə canda qeyrət yoxdur!

  • Anonymous yazıb 27 May, 2009, 10:24

    Qarabagi azad etmak,demakratik hakimiyyat deyishikliyinden sonra ola bilar

  • Turk yazıb 9 June, 2009, 2:26

    Beli Qarabagin azad olmasi ücün hakimiyyet kökunden deyismelidir. Hem de Rusiya qeder guclü olmaq lazimdir. Qarabagi ermeni yox,Rusiya isgal etmis!

  • Elcin yazıb 25 June, 2009, 22:42

    Men Ehmed Shahidovun yazdiglarini,fikirlerini beyenirem.Birdeki o herbide olub olmamaq meselesine Qardaslarim Siz Pul ile harasa Saldirilib xidmet etmeyi xidmet sayirsiz.
    Bu adam Oz qelemi ile mubarize aparir.Men Ehmedi destekleyirem.

  • Ilqar Qasimov yazıb 8 July, 2009, 10:36

    Hormetli Əhməd Şahidov! Sizin yazdiqlarinizi bir daha ozunuz oxusaniz gorersiniz ki, yazdiqiniz patriotik meqalede yazilan ile,- “…Nəyə görə indi gənclərimiz əsgərlikdən yayınmağa … can atırlar. Maraqlıdır, heç kim müharibədə ölmək istəmir. Bu, təbii bir hissdir. Allah insana ömür verib, can verib. Bu canı qorumaq da biz bəndələrin borcudur. Amma qorxaq kimi daş dalında gizlənmək və düşmənə boyun əymək də kişi işi deyil axı, əzizlərim. …”,- sonradan verdiyiniz izahatla, – “…mənim fəlsəfə doktoru alimlik dərəcəm var. Azərbaycan Qanunvericiliyinə görə, alimlik dərəcəsi almış Azərbaycan vətəndaşları dinc şəraitdə h\rbi xidmətə getməkdən azaddırlar.” ziddiyat yaradir. Kash izahat vermezdin, alim.

  • Ilqar Qasimov yazıb 8 July, 2009, 11:04

    Elcine.
    Sizin muraciet etdiyiniz Qardashlari taniyirsiniz? Siz haradan bilirsiniz ki, o muraciyet etdiyiniz adamlar xidmete dushmek ucun pul veribler? Heqiqeten mi bizim orduda pul ile saldirmaq olar? Sizde bele melumat var? Eger Sizde bele melumat varsa, onda yazilan patriotik meqalenin qozlenilen tesiri sifira beraber olur.
    Muharibeye o vaxt qetmek olar ki, her bir kes, lap hele felsefe alimi, herbi formani eynine geye. Odur ki, yazinin muellifi ile sengerde gorushmeyime inanmiram.
    Тем более, что автор статьи считает настоящий момент “…dinc şəraitdə …”.

  • Anonymous yazıb 11 July, 2009, 15:52

    Ulubey dogru !

  • mehmet yazıb 1 October, 2009, 8:29

    sızde zaten adam yoxdur .. olsaydı sımdıye geder garabagı alırdınız…. yemeyenın malını yerlere . etmeyenın arvadını ederler .. bunu untmayın. sızde adam varmıydı sankı??

    sızde savaşacak yurek yokki sız ancak mugam soylersınızz.

  • Duyarlı yazıb 1 October, 2009, 13:53

    Müəllifi mühakimə edib çox kəs.Mən burda kimisə müdafiə edib və ya kimisə mühakimə etməkdən yana deyiləm.Fikir verirəm yazıda olan məntiq və ya məna çalarlarından çox müəllifin həyatı müzakirə olunur.Hərbi xidmətə gedənləri və getməyənləri də görmüşəm.Hətda gedib ölüb gələnləri də.Odur ki, hərbi xidməti ağ bayraq etməyin əlinizdə.

  • Ramazan yazıb 4 November, 2009, 4:55

    Cəbhədə izi olmayanin vətəndə sözü olmaz. Ay Şahid , alim qardaş mən alim deyiləm amma ali təhsilli müəlliməm. Həyatımın ən qaynar çağlarında Çeçenistanda və Qarabağda olmuşam. Yazdığım dissertasiyam indi də yarımçıq qalıb. Mən də alim ola bilərdim, amma olmadım Çünki, Azərbaycanda alim olmaq asandır, insan olmaq çətin. Vətəni sevmək odur ki, onun uğrunda mübarizə aparasan. Sənin kimi alimlər azərbaycanda çoxdur. Əgər sən bircə dəfə cəbhədə olsaydın, atılan mərmilərin səsi sənin qulaqlarında gurlasaydı onda bilərdin ki əsgər olmaq nə deməkdir. Danışmaq asandır. Mən sənə Çeçenistanda gördüklərimdən danışsam alimliyin yadından çıxar.

Şərh yaz

Spam Protection by WP-SpamFree

Copyright © 2010 Gündəm – Müstəqil Onlayn Qəzet. Bütün hüquqlar qorunur.