Gündəm - Müstəqil Onlayn Qəzet

Azərbaycanın Şamaxı rayonunda bir ailənin üç üzvü intihar edib
Şamaxı rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, Şamaxı şəhər sakinləri, İran əsilli 1962-ci il təvəllüdlü Məmmədşuri Məlahət Allahverdi qızı, onun qızı 1988-ci il təvəllüdlü Məmmədşuri Tünzalə Supehdar qızı və onun oğlu, 2005-ci il təvəllüdlü Məmmədşuri Elvin Elnur oğlu özlərini Şamaxı rayonunda yerləşən Zaqalabatay Şirvangöl su anbarına ataraq intihar ediblər.

Aparılan xilasetmətmə tədbirləri nəticəsində hər üç şəxsin meyiti sudan çıxarılıb. Meyitlərin üzərində müayinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Fəhlənin ölümünü prorabın boynuna qoyurlar
Elçin Behbudov: «Həmişə olduğu kimi əsas adamlar kənarda qalır, cinayəti atırlar bir bədbəxtin üzərinə»

“Tac-Mahal” tikinti şirkətinin rəhbəri və digər məsul əməkdaşı həbs edilib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, adıçəkilən şirkətin rəhbəri Ruslan Yaqub oğlu Əkbərov və digər məsul əməkdaşı Ağasəf Ağabəy oğlu Abdurəhmanov Şəki rayonunun Kiş kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Mustafayevin ölümündə təqsirləndirilirlər.

Məlumata görə, aprel ayının 9-da Moskva prospekti, 3008-ci məhəllənin ərazisində məişət tullantıları atılmış yerdə, koma vəziyyətində, üzərində müxtəlif dərəcəli xəsarətlər olan 45-50 yaşlı kişi tapılaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Araşdırmalar nəticəsində həmin şəxsin Şəki rayon Kiş kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Mustafayev olduğu məlum olub. Onun, həmçinin “Tac-Mahal” Kooperativi tərəfindən inşa edilmiş 20 mərtəbəli binanın liftinin şaxtasına yıxılması və sonradan şirkətin rəhbəri Ruslan Əkbərovun orada işləyən digər şəxslərlə birgə onu şaxtadan çıxarmaları və izi itirmək məqsədilə yaxınlıqdakı məişət tullantıları olan yerə atmaları müəyyən edilib. Hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma) və 143-cü (təhlükədə qoyma) maddələri ilə cinayət işi başlanıb. Məlumatda, həmçinin X.Mustafayevin aldığı ağır xəsarətlərdən ötən gecə dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı R.Əkbərov və A.Abdurəhmənov şübhəli şəxs qismində saxlanılıblar. Istintaq tədbirləri davam etdirilir.

Dünən “Azadlıq”a açıqlamasında Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məsələ ilə bağlı maraqlı məlumatlar verib. E.Behbudov Nəsimi Rayon Polis Idarəsinin müvəqqəti saxlanma təcridxanasında şirkətin iş üzrə təqsirləndirilən əməkdaşı ilə görüşüb: “Həmişə olduğu kimi əsas adamlar, akulalar kənarda qalır, cinayəti atırlar bir bədbəxtin üzərinə. Mən görüşdüyüm adam prorab idi. Yaşlı, imkansız və ağır şəkər xəstəsi olan bir adamdır. Polislər dedi ki, heç ailəsi ona yemək gətirmək imkanında deyil. Yazıq ağlaya-ağlaya dedi ki, nəinki hadisə günü işdə olmayıb, hətta bir həftə əvvəldən işə çıxmırmış. Xəstə olduğuna görə evdə olub. Amma həmin gün işdə olmaya-olmaya bunu həbs ediblər. Bir sözlə günahkar qalıb kənarda, bunu bədbəxt ediblər.

Hamı yaxşı başa düşür ki, bu binaları balaca adamlar tikdirə bilməz. Bunun arxasında böyük adamlar dayanır. Amma nəticə etibarilə onlar qıraqda qalır, bədbəxtin birini qabağa verirlər. Əslində bunun yox, onların yaxasından yapışmaq lazımdır”.

E.Behbudov hesab edir ki, mərhum X.Mustafayevə qarşı qeyri-insani hərəkətlər edən şəxslər mütləq cəzalandırılmalıdır: “Burda söhbət insan teleyindən gedir. Insan taleyi ilə oynamaq olmaz. Necə ola bilər ki, bir insanı o cür rahat şəkildə zibilliyə atasan. Bunu edənlər qanun qarşısında cavab verməlidir”.

Baş nazir postu uğrunda savaş
Kəmaləddin Heydərov, Ziya Məmmədov, Oqtay Əsədov, Əbülfəz Qarayev və Azad Rəhimov ikinci şəxs olmaq uğrunda döyüşür

Baş nazir Artur Rəsizadənin səhhətindəki problemlərlə bağlı tez-tez məzuniyyətə çıxması onun istefaya göndərilməsi məsələsini aktuallaşdırıb. Artıq “yuxarılar”da Artur Rəsizadəni başqası ilə əvəzləmək barədə düşünürlər. Bu isə hakimiyyətdaxili ziddiyyətlərin daha da alovlanmasına səbəb olub. Çünki baş nazir postuna iddialıların sayı çoxdur.

Iddialılardan biri föəvqəladə hallar naziri Kəmaləddin Heydərov Heydərovdur. “Fövqəlnazir” ölkənin ikinci şəxsi statusunu rəsmiləşdirmək üçün bütün potensialını işə salıb. Hakimiyyətdəki “Naxçıvan” qruplaşması da bu məsələdə Kəmaləddin Heydərova dəstək verir.

Digər iddialı isə nəqliyyat naziri Ziya Məmmədovdur. Hakimiyyət daxilində güclü fiqurlardan biri olan Ziya Məmmədov rəqibi Kəmaləddin Heydərovun yolunda maneə olmaq istəyir. Yəni, nəqliyyat naziri “fövqəlnazir”in baş nazir postuna yiyələnməsinin qarşısını almaq üçün öz iddiasını ortaya qoyub. Kəmaləddin Heydərovun baş nazirliyinin əleyhinə olan bir sıra məmurlar da Ziya Məmmədovun ikinci şəxsə çevrilməsinə çalışırlar.

Hakim ailə isə üç namizəd arasında seçim etməlidir. Ailə ilə münasibətləri sıcaq olan – parlamentin spikeri Oqtay Əsədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və idman və gənclər naziri Azad Rəhimov baş nazir olmaq arzusunu dilə gətirib.

Biz hələ bir müddət əvvəl məlumat vermişdik ki, Oqtay Əsədov artıq spiker olmaq istəyir. Spikerin fikrincə, baş nazir postu ona daha uyğundur. Oqtay Əsədov bu arzusunu bir neçə dəfə dövlət başçısının da diqqətinə çatdırıb.

Əbülfəs Qarayevlə Azad Rəhimov da ölkənin ikinci şəxs olmaq niyyətlərini gizlətməyiblər. Ona görə də hakim ailə seçim qarşısındadır. Çox böyük ehtimalla bu məsələdə Oqtay Əsədova üstünlük veriləcək.

Ümumiyyətlə isə adıçəkilən şəxslərdən kimin Artur Rəsizadəni əvəzləyəcəyini indidən demək bir qədər çətindir. Çünki iddialıların hamısı güclüdür və ya onların arxasında böyük güc dayanıb. Hətta ola bilər ki, “yuxarılar” Artur Rəsizadəni əvəzləmək barədə fikirlərini dəyişsinlər.

Informasiya şöbəsi

MÜBARİZ MƏNSİMOVDAN SENSASİYALI AÇIQLAMA
“Türkiyə Ermənistanla sərhədlərini açacaqsa, mən şirkətimin Türkiyədəki fəaliyyətinə xitam verəcəyəm”. Bu sensayalı bəyanatla baş ofisi Türkiyədə yerləşən “Palmali” Şirkətlər Qrupunun azərbaycanlı prezidenti Mübariz Mənsimov çıxış edib.

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mənsimov Türkiyə və Azərbaycanın həmişə bir yerdə olmalı olduğunu bildirib: “Azərbaycanın Türkiyədən başqa kimi var ki? Türkiyə arxasını Azərbaycana çevirməməlidir. 16 il əvvəl bu sərhədlərin bağlanmasına səbəb Qarabağ problemi olmuşdu. Biz qardaşıq və həmişə bir yerdə olmalıyıq. Bizim dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz birdir. Ona görə də bir qardaş digər qardaşı öz problemləriylə təkbaşına buraxmamalıdır”.

Onun sözlərinə görə, azərbaycanlıların Türkiyəyə qoyduğu investisiyaların həcmi 10 milyard dollardan artıqdır: “Sadəcə, son iki ildə Azərbaycan şirkətləri Türkiyəyə 10 milyard dollar yatırım qoyub. “Socar”ın “Petkim”də, mənim şirkətim “Palmali”nin, çox sayda Azərbaycan şirkəti və iş adamının Türkiyədə böyük yatırımları var. Türk şirkətləri və işadamları da Azərbaycanda böyük işlər görür, milyard dollarlıq layihələr həyata keçirir”.

Mənsimov sonda Ermənistanla sərhədlərin açıq olduğu ölkədə qalmayacağını bəyan edib: “Ermənistanla sərhəddi açıq olan ölkədə qalmaram. Türkiyədəki şirkətimi qapadaram. Eyni vəziyyət digər azərbaycanlı iş adamları üçün də keçərlidir. Amma Qarabağ problemi həll olunarsa, həm Türkiyə, həm də Azərbaycan tərəfindəki sərhədlər açılarsa, Ermənistan daxil hər kəs üçün yaxşı olar”.

“Bakı” “Olimpik” şokundan tez ayıldı
«Qarabağ» isə Salyandan çətin qələbə ilə döndü

Dünən Azərbaycan çempionatında 21-ci turun üç oyunu keçirilib. “Muğan” Salyanda “Qarabağ”ı qəbul edib. “Bakı” isə “Şəfa” stadionunda “Standard”la qarşılaşıb. “Bakılı” isə “Simurq”un qonağı olub.

Ötən tur “Turan”ı məğlub edən “Qarabağ” çempionatda növbəti qələbəsini qazanıb. Gözlənildiyi kimi, Ağdam klubu oyuna fəal başlayıb. “Qarabağ”ın futbolçuları ilk dəqiqələrdən hücuma atılıb, erkən qolla rəqibin müqavimətini qırmaq istəyirdi. Ağdamlılar ilk hissədə bir neçə dəfə Artim Şakiriylə qola yaxınlaşsa da, hesabı aça bilməyib. “Muğan”dan isə Sənan Qurbanovun fərqlənmək imkanı olsa da, o, fürsəti əldən verib.

Oyunun ikinci hissəsi sönük başlasa da, tezliklə hesab açılıb. Topu ələ keçirən Sənan Qurbanov onu qapıya göndərərək qonaqları şoka salıb. “Qarabağ”ın cavab həmlələri 76-cı dəqiqədə öz bəhrəsini verib. Cərimə meydançasına ötürülən topu “Qarabağ”ın gənc oyunçusu Rauf Əliyev başla qapıdan keçirərək, hesabı bərabərləşdirib. Artim Şakiri bu oyunda da “Qarabağ”ın xilaskarına çevrilib. Keçən qarşılaşmada fərqlənən makedoniyalı oyunçu 87-ci dəqiqədə komandasının qələbə topunu vurub – “Muğan” – “Qarabağ” 1:2

“Muğan”ın baş məşqçisi Nadir Qasımov məğlubiyyətə baxmayaraq, oyunçularından razı qaldığını deyib: “Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Hesabı açsaq da, qoruyub, saxlaya bilmədik. Bu, yetirmələrimin gənc olmasından irəli gəlir. Onların yetərincə təcrübəsi yoxdur. ”Qarabağ”la heç-heçəyə oynayırdıq. Amma alınmadı”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da rəqibini tərifləyib: “Mən əvvəlcədən Salyanda çətin oyun gözləyirdim. Bu barədə futbolçularıma da demişdim. Onların ”Inter”lə oyununu görmüşdüm. Biz bilirdik ki, “Muğan” mübarizə aparacaq. Çünki onlar Premyer-Liqada qalmaq istəyir və xala ehtiyacları var. Bugünkü rəqibimiz çox yaxşı komanda idi. Şadam ki, çətin də olsa, qələbə qazandıq”.

“Olimpik”lə qalmaqallı oyunun şoku ilə əlaqədar “Bakı”nın “Standard”la oyunda çətinliklə üzləşəcəyi gözlənilirdi. Lakin Qyoko Haciyevskinin yetirmələri bankirlərlə oyundan  qalib ayrılmağı bacarıblar.

“Bakı” oyuna dörd əsas heyət oyunçusu olmadan çıxmışdı. Ötən turda “Olimpik”lə oyunda zədələnən Əhməd Ticani və Fernando Peres bu oyunda forma geyinə bilməyib. Amiran Muciri isə ötən qarşılaşmada qırmızı vərəqə aldığına görə bu dəfə oyunu tribunadan izləməli olub. Braziliyalı Vilyam Roşa Batistanın cəzası başa çatsa da, o, məşqdə zədələndiyindən meydana çıxa bilməyib.

Oyun meydan sahiblərinin hücumu ilə başlayıb. Lakin “Bakı” tezliklə üstünlüyü bərpa edərək qol vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində cərimə meydançasına ötürülən topu Hüseyn Məhəmmədov qaytarsa da, top Adamiyanın qarşısına düşüb və gürcü futbolçu fürsəti qaçırmayıb. 38-ci dəqiqədə isə “Bakı” ikinci topu rəqib qapısından keçirib. Hakim Fariz Yusifovun təyin etdiyi penaltini Fabio Luis Ramim dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.

Ikinci hissədə “Standard” nisbətən fəallaşıb. Lakin “bankirlər” uzun müddət rəqib qapısına yol tapa bilməyib. Badri Kvaratsxeliyanın yetirmələri yalnız 76-cı dəqiqədə istəyinə çatıb. Fariz Yusifov əllə oyuna görə Rafael Əmirbəyova sarı vərəqə göstərərək “Bakı”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.  Rodriqo Silva penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib. “Standard”ın hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyib. Qarşılaşma 1:2 hesabıyla qonaqların xeyrinə başa çatıb.

Oyundan sonra fikirlərini bölüşən “Standard”ın baş məşqçisi Badri Kvaratsxeliya hakimi ittiham edib: “Biz matçın birinci yarısında çox pis oynadıq. Lakin ikinci hissədə oyunumuz düzəldi. Çox təəssüf ki, yenidən hakimlik haqqında danışmalı oluram. Başa düşmürəm ki, niyə hakimlər ”Standard”a qarşı belə münasibət bəsləyir? Sabah klub rəhbərliyilə görüşüb, bəzi məsələləri müzakirə edəcəyəm”.

“Bakı”nın baş məşqçisi Haciyevski isə yetirmələrinə təşəkkür edib: “Çətin oyun oldu. ”Standard” güclü komandadır və sona qədər müqavimət göstərdi. Yetirmələrimə təşəkkür edirəm. Çünki onlar bu gün maksimum qüvvə sərf etdilər. Bütün bacarıqlarını ortaya qoydular. Bu gün dörd əsas oyunçumuz olmadan meydana çıxmışdıq. Onları “Olimpik”lə oyunda itirmişdik. Adamiya gözəl oyun nümayiş etdirdi”.

Zaqatalada keçirilən “Simurq” – “Bakılı” oyunu isə meydan sahiblərinin 3:0 hesablı qələbəsilə başa çatıb.

Çempionatın 21-ci turuna bu gün baş tutacaq dörd qarşılaşma ilə yekun vurulacaq. MOIK “Inter”i, “Turan” “Karvan”ı, “Qəbələ” “Olimpik”i, “Neftçi” isə “Xəzər-Lənkəran”ı qəbul edəcək.

Süleyman Dəmirəl şok açıqlamalar verdi
Sabiq prezident: «ABŞ bir neçə dəfə Türkiyənin Ermənistanla sərhədlərinin açılması təklifi ilə mənə müraciət edib»

«Türkiyə qarşılıqsız, torpaqlar işğaldan azad edilmədən Ermənistanla yaxınlaşmadan heç nə qazanmayacaq»

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması hesabına ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda geosiyasi problemlərini həll etmək istəyir”. APA-nın məlumatına görə, bunu “Milliyet” qəzetinə açıqlamasında Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl bildirib. Lakin sabiq dövlət başçısı bu vəziyyətdə Türkiyənin uğurunun nədən ibarət olduğunu anlaya bilmədiyini də qeyd edib.

S.Dəmirəl vurğulayıb ki, hələ onun prezidentliyi dövründə ABŞ bir neçə dəfə Türkiyənin Ermənistanla sərhədlərinin açılması təklifi ilə müraciət edib:”Mən də hər dəfə soruşurdum ki, Türkiyənin bundan qazancı nə olacaq?

Lakin mənim bu sualıma heç vaxt cavab verə bilmirdilər”.

Sabiq prezident ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılmasında maraqlı olmasının səbəblərinə də aydınlıq gətirib:”ABŞ-da erməni seçici çoxdur. Həmçinin, onların güclü təsirə malik diasporları var. Bundan başqa, ABŞ Rusiyanın Ermənistan üzərində tək söz sahibi olmasını istəmir. Odur ki, Türkiyə vasitəsilə Ermənistanda möhkəmlənməyə can atır. Bu isə rəsmi Bakının mövqelərinə ciddi zərbə vuracaq. Çünki Ermənistanla ABŞ-ın yaxınlaşması Azərbaycanın xeyrinə deyil. Belə olduqda, münaqişənin həlli uzun illər yubadılacaq ki, bu da Dağlıq Qarabağın itirilməsinə bərabərdir”. S.Dəmirəl hesab edir ki, əgər Ankara Qafqazda həqiqətən də geosiyasi lider olmaq istəyirsə, elə şərtlər irəli sürməli və nüfuzundan elə istifadə etməlidir ki, ilkin mərhələdə işğal olunmuş Dağlıq Qarabağ ətrafı ərazilərin azad edilməsi mümkün olsun:”Türkiyə heç bir qarşılıqsız, torpaqlar işğaldan azad edilmədən Ermənistanla yaxınlaşmadan heç nə qazanmayacaq. Bir problemi həll etmədən digər problemlər yaratmaq nəyə lazımdır? Bu, yalnız ABŞ və Rusiya üçün sərfəlidir. Bundan başqa, Ermənistanın Türkiyənin özünə qarşı da ərazi iddiaları mövcuddur, soyqırımı məsələsində də geri çəkilmir. Biz Ermənistanı tanıdığımız halda, onlar bizim sərhədlərimizi hələ də tanımayıblar. Ağrı dağını özlərinə simvol seçiblər, Türkiyənin 40-dək diplomatını öldürüblər. Sonra da deyirlər ki, “soyqırımı törətmisiniz, üzr istəyin”. 1915-ci il deyib durublar. Bəzi ölkələrdə qondarma soyqırımı ilə bağlı qərarlar çıxarılır, Türkiyənin əleyhinə iş aparılır. Belə bir vəziyyətdə çıxış yolu axtarmağa çalışılırsa, bu, qarşılıqsız olmaz. Hesab edirəm ki, sadalanan problemlər həll olunmadan, Türkiyənin Ermənistanla yaxınlaşmasına dəyməz”.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə, məhz S.Dəmirəl prezident olduğu vaxt bağlayıb.

Baxış bucağında ITV
Ictimaiyyətin hakimiyyət televiziyası

Baxış bucağında sıra ITV-dədir, qaldı “Xəzər” tv. Bu gün Ictimainin qarışıq-dolaşıq efir mənzərəsinə göz gəzdirməklə Azərbaycanın sayca altıncı televiziyasının cəmiyyətdə tutduğu yeri müəyyənləşdirməyə çalışacağıq. ITV-çilər “birinci” titulunu mənimsəməyə çalışsalar da, ölkə televiziyaları arasında Ictimainin hələ hətta daimi yeri belə yoxdur.

Tamam təsadüfən “Telemənzərə”də Ictimai televiziyaya həsr olunmuş ayrıca yazı Ictimai Televiziya və Radio Yayımları Şurasının ITV-yə direktor seçimiylə bağlı müsabiqə elanıyla eyni vaxta düşüb. Telekanala rəhbərliyin ilk dönəmi sona çatıb, ikinci dönəm hələ başlamayıb. Ikinci dönəm üçün ITV rəhbərliyinə şərti namizədlərin kimliyi hamıya bəllidir. Avropa Şurasının tövsiyəsilə yaradılan telekanala rəhbər seçiminə ölkədə fəaliyyət göstərən televiziyalar bir elə isti yanaşmasalar da, qəzetlər mövzunu gündəmdə saxlayırlar. Faktla bağlı gah ondan, gah da bundan rəy soruşurlar. Müəllif yazılarında yer alan fikirlər, mütəxəssis rəyləri müxtəlifdir. Bu müxtəlifliyin içində indiki hakimiyyətin hökmü daşı dəldiyi çağlarda ITV-yə kimin direktor seçilməsinin, qəzetlərdə yazıldığı kimi “təyin edilməsinin önəmi yoxdur” – sonucuna şərik çıxanlar daha çoxdur. Onlarla razılaşmaq olmur. Iqtidar nəyi necə çatdırmağı, nələri qabardıb nələrin üstündən sükutla atlanmağı tələb edir, bu, ayrı məsələdir. Bu tələbi kimin hansı canfəşanlıqla yerinə yetirməsi isə ayrı söhbətdir. Televiziyada uzun müddət çalışmaqla onun incəliklərini, xırdalıqlarını, bicliklərini öyrənmək, təsir imkanlarından xəbərdar olmaq, texniki vərdişlərə yiyələnmək, auditoriyanı öyrənmək, günün nəbzini tutub tarixi dönəmlərin tələblərinə görə dəyişmək, hər dəfə ayrı hava çalmaq da olar. Amma təfəkkür dərinliyi, düşüncə azadlığı, burnundan uzağı görmək bacarığı, mənəvi zənginlik olmayan yerdə tələbin arzulanan formada təqdimi mümkün deyil. Şəxsi keyfiyyətləri zəngin olan, yüksəkdə durmağı bacaranlar üçün tələbin önəmi yoxdur, onlar hər çətinlikdən xətərsiz ötüşməyin çeşidli yollarını bacarırlar. Bir informasiyanı istənilən tərzdə, gərəkən formada çatdırmağın min yolu-yöndəmi var – bunun adı vətəndaşlıq mövqeyi üstündə köklənən peşəkarlıqdır. O üzdən düşünmürəm ki, ITV-nin fəaliyyət müddəti bitmiş indiki baş direktoru nisbətən cəmiyyətə açıq adamla əvəzlənsə, Ictimainin efirində dəyişiklik olmayacaq, bu belə deyil. bu cür düşünənlərə də haqq qazandırmıram. Bir var zibil, bir də var, zibillik.

Olsun ki, rəhbərlikdə dəyişmə özünü informasiya, ictimai-siyasi proqramlarda büruzə verməyəcək, bütünlükdə efirin tutumu mütləq dəyişəcək, yeniləşəcək, təsir dairəsi genişlənəcək, qanunlara sarı yaxınlaşmalar, cəmiyyətə doğru yönəlmələr ki mümkündür. Yəni, ən azı arxaçevirmələr, yanpörtü duruşlarla əvəzlənər, bu, yaxşılığa doğru addım olar. Bu üzdən ITV-yə direktor təyininin ikinci dönəminin sifarişli sonucları qabaqcadan bəlli olsa da, məncə, səlahiyyət müddəti bitən I.Ömərova heç bir formada haqq qazandırmaq gərək deyil. Bu adam ITV-ylə bağlı gözlənilən bütün ümidləri puça çıxardı. Sadəcə, sıradan bir televiziya modeliylə Avropa Şurasının başını qatmağı bacardı. Hətta Ictimainin hansı əsaslarla fəaliyyət göstərməsindən xəbərsiz adamlara özünü qəbul etdirə də bildi.

Ictimailikdə ayrı-seçkilik

Keçmişə və gələcəyə pessimist baxışlardan sonra təhlilə “Carçı”dan başlayaq və üç il, üç il yarım irəliyə qayıdaq. O çağlara ki, “Carçı” efirdə yerini təzəcə möhkəmlətmişdi. Ilkin olaraq, ITV-nin “Xəbər” proqramlarına bu adın verilməsi müsbət qarşılanmadı. Sözün birbaşa anlamı – carçıların hökmdarların fərman çatdıranları olması haqlı qıcıq doğurdu. Illərdən bəri ictimaiyyətin televiziyası ola biləcək elektron qurumun həsrətində olan aktiv vətəndaşlar “ziyalılar, televiziya mütəxəssisləri, jurnalistlər ad seçiminə tənqidi yanaşdılar. Təəssüf ki, seçilən adın Ictimainin nüfuzuna xələl gətirə biləcəyilə bağlı iradlar nəzərə alınmadı. Tezliklə verilən proqnozlar özünü doğrultdu. ITV-nin informasiya və analitik proqramları bu gün AzTV-ninkilərdən bir elə fərqlənmir. Dörd ilə yaxın zaman ötüb, ”Carçı”nın, “Gerçəyin özü”nün əsas problemi birtərəfli təbliğat, bununla da balansın pozulmasıdır. Ilk baxışda Ictimai ölkədəki tv kanallardan kəskin fərqlənmir, yəni hamıdan axırda dayanmır. Amma unutmayaq, onun fəaliyyəti Ictimai Televiziya və Radio Yayımları Haqqında qanunla tənzimlənməlidir. ITV ölkənin tək televiziyasıdır ki, xüsusi hazırlanmış qanunlarla işləməli, onlara tabe olmalı, konkret tələblərə cavab verməlidir. “Malı, məli” felin lazımi gələcək formasıdır. Azərbaycan reallığında “lazım”lara hansı münasibət olduğunu hamımız bilirik. Hakimiyyyətlə cəmiyyətin kəsişməyən maraqları fonunda ITV-nin hakimiyyətin mövqeyinin təbliğatçısı rolunda çıxış etməsi bağışlanılmazdır. Xəbər proqramlarında, xəbər törəmələrində birtərəflilik az qala normaya çevrilib. Hətta get-gedə mətbuat da sanki Ictimainin daşımalı olduğu funksiyanı unudur, susur. Bəlkə də susdurulur. Bunlar hər kəsin bildiyi, zaman-zaman alışdığı məqamlardır. Sadəcə, durumun hələ də davam etdiyini xatırladır, dörd ildən bəri qanunları pozan qurumun qanun qarşısında cavabdeh olmadığını yada salıram. Millətin aşağı təbəqələrinin üzünə qapalı olan ITV hələ də AzTV-nin dublikatı olmaqdadır. Görünəni yaxın dörd ildə də belə olacaq.

Müqəvva – ruslar ona “çuçela” deyirlər

Informasiya proqramları, siyasi təhlillər, şərhlər televiziyaların canı, qanıdır. Canı alıb, qanı satanda ortada müqəvva qalır. Keçək ona. Təhsil, mədəniyyət, maarifçilik, ədəbi-bədii, musiqi proqramlarından danışanda ayrıca tərifə, ciddi tənqidə yer yoxdur. Hərə bir yolla gününü keçirir, efirini yola verir. Nisbi müsbət fərq canlı efir saatının çoxluğu, şou-proqramların yoxluğundadır. Yarandığı ilk dövrləri çıxmaqla sonrakı illərdə bir dənə də təzə, maraqlı proqramın olmaması durğunluq, ehtiyatların tükənməsi deməkdir. Telekanalın rəhbərliyi ilk layihələrindən biri olan “Ovqat”la öyünməyi, mətbuatda sifarişli yazılarla onu öydürməyi çox sevirdi. Gerçəkdən, “Ovqat”a baxanlar vardı. Indilikdə bu verilişə elə adamlar çağrılır, elələrinə yer ayrılır, onların hətta kütləvi verilişlərdəki tamaşaçılar arasında yeri yoxdur. !erliçilikdən danışıb kimlərinsə hissiyyatıyla oynamaq istəmirəm, amma bəlli respublikanın “aşıqları, şairləri” “Ovqat”ın yolunu yağır elədilər, ITV-nin efirini karvansara qapısına döndərdilər. Tok-şoular, “Aktual ekranlar” – eyni studiyadan nə qədər veriliş hazırlamaq olarmış. Eyni yamangünlü stulun eyiblərini nə qədər verilişdə gözə soxmaq olarmış? Studiyaların zövqsüz tərtibatı, köhnə avadanlıq və əşyalar, aksessuar qıtlığı, əlbəsə yoxluğu foto və videolentlərin yaddaşında qalan keçmişi – ötən əsrin 60-cı illərinin AzTV-sini xatırladır. Müasir studiya dizaynı gözə dəymir. Vizual dolğunluq yaratmaq üçün dəvət olunan tamaşaçılara ekranın tələbləri aşılanmır, efir normaları gözlənmir. Efir gözəlliyi sevir. Ictimaidə ictimai məzmun yoxdur, heç olmasa gözəllik olaydı. Ara-sıra təsadüfən izlədiyim bir televiziya var – CTV. Cənub televiziyası -Azərbaycanın cənub bölgələrinə yayımlanır. Inanın, həmin o CTV həmin bu ITV-dən qat-qat səliqəlidir.

Intellektin yoxdur, keç yuxarı başa

Qısa da olsa, ITV-nin film seçiminin bərbad olduğunu bir daha xatırlatmalıyam. Səviyyəsiz, maraqsız filmlər, telefilmlər nümayiş olunur. Bu işə kimin cavabdeh olduğun bilmirəm, amma həmin adamın zövqünə şübhəm var. Onu dəyişmək zamanının yetdiyini dəqiq bilirəm. Qabaqkı həftələrdə çox yazdığıma görə təkrarlamaq istəmirəm, “Eurovision” musiqi yarışmasıyla bağlı ITV-nin təşkilatçılığı qənaətbəxş deyil. Görünür, orda professionalların yox, səlahiyyətlilərin sözü keçir, yoxsa düşünülməmiş addımlar atılmazdı. Yaxşı ki, orda sənət birinci yerdə deyil, yoxsa uduzmağa bəraət tapılmazdı. Qələbə üçünsə ən azından pul xərcləməyin zamanı ötür…

Bütün telekanallara xas olan aparıcı problemi ITV üçün də aktualdır. El arasında tez-tez təkrarlanan bir fikir var: ANS-də çalışmaq istəyirsən, görkəm şərt deyil, ITV-də çalışmaq arzun var, görkəm də şərt deyil, üstəlik, savad da. Bir telekanalda bir sevilən aparıcının olmaması ciddi qüsurdur. Baxılanlar, qəbul olunanlar, dözülənlər var – sevilənlər, gözlənənlər – bax bu, problemdir. Həftədə beş gün ?Işgüzar zaman? var-aparıcıları fərqlidir. Deyim ki, hansısa çox pisdir, deyə bilmərəm, deyim hansı yaxşıdır, getsə efir itirər, onu da deyə bilmirəm. ANS-də Nisə Qasımovanın, ATV-də Aygün Kazımovanın, Liderdə Rəhim Rəhimlinin o qədər qüsurları, o qədər şitlikləri var, saysan bitməz-amma baxılır. “Işgüzar zaman”çılarda bu çatışmazlıqların heç biri yoxdur, amma baxılmır. Çünki aparıcılar səmimi, efirə açıq, məlahətli olmağı bacarmırlar, bəziləri səriştəsizdir, auditoriyanı, tamaşaçını duymurlar, onu hiss etmirlər, donuqluqdan yaxa qurtara bilmirlər.

“Carçı”nın aparıcıları hərdən ekranın o üzündən adama elə key-key baxırlar, deyərsən nə dediklərini özləri belə eşitmirlər, nə baş verdiyinin fərqində belə deyillər. Zəhrimara qalmış təbəssüm, xoş çöhrə, mənalı mimika nəmənədir ki, onu da tamaşaçıdan əsirgəyir, qəzəb yağan gözlərdən zillənən baxışlarınızla bizi kanalı dəyişməyə məcbur edirsiniz, ay “carçılar”… Belə getsə sizi də yaxınlarda şadlıq evlərində tamadalıq edən görəcəyik. Necə ki, o gün “Sərin” restoranında Spacenin keçmiş aparıcı xanımını tamadalıq edən gördüm. Cavan, yaraşıqlı, dilli-dilavər xanım 600 nəfərlik salonu ələ ala bilmişdi, amma mən ha çalışdımsa, o xanımın efirdə aparıcılıq etdiyi bir verilişi belə xatırlaya bilmədim. Telejurnalistlər, gözünüz aydın, toylarda sizin eranız başlayır. Indən belə aktyorların çörəyini əllərindən ala biləcəksiniz.

Örtülü bazarda açıq qapı

Bilsəydim əməl edəcəklər, heç olmasa, əlli faiz gerçək Ictimai televiziya yaratmaq üçün təkliflər verərdim. Bilsəydim… bilmirəm, amma birini yazıram. Lider, “Xəzər” ağıldankəm adamlar üçün “açıq mikrafon” qurub, kimin ağzına nə gəlir, zəvzəyir. ATV, ANS belə sarsaqları sms yazılarla tələyə salır. Orda da kimin ağlına nə gəlir yazır, göndərir. Konturların canı sağ olsun. Ictimai də “açıq qapı” günü keçirə, dərdi dəvəyə dönən insanlar, məmurlara deyiləcək sözü dilində, məmurlardan edəcək şikayəti ürəyində qalan vətəndaşlar üçün şərait yarada bilər. Öz aramızdır, özgənin sözünü özgəyə çatdırmaq çox asandır, məsuliyyət tələb olunmur. Mövqeyinizdən qorxursunuz, araşdırmayın, çəkindiyiniz adamlar var, kimisə fakt qarşısında qoymayın, amma imkan verin vətəndaşlar Ictimaiyə güvənə, ciblərinin parasıyla kef etdiyiniz kanalın efirindən yararlana bilsinlər. Beş yol hökuməti tərifləyib, bir kərə məmuru qılınclamaqla kanalı bağlamazlar, rəhbər vəzifə tutanları kürsüdən aşırmazlar. Xalqa doğru bircə addım atıb da qarşıdakı dörd ili mənimsəmək olar. Bircə addım nəmənədir ki?..

Sənubər

Rüşvət faktoru paytaxt sakinini dilə gətirib
O, özəlləşdirmə üçün ondan 15 min manat tələb edildiyini vurğulayıb

Bakı şəhəri, S.Tağızadə 76 ünvanında yaşayan Əzizağa Teymurov “Azadlıq” vasitəsilə problemini açıqlayıb. Şikayətçi bildirib ki, həmin ünvanda ona məxsus 12 kv.metrlik

sahəni özəlləşdirmək üçün iki illik süründürmələrdən sonra Əmlak Komitəsinin şöbə müdirinin müavini Ismayılov ondan 15 min manat rüşvət istəyib:

“Rüşvət tələbi barədə 28 oktyabr, 22 dekabr 2008-ci ildə iki dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi şəkildə komitənin sədr müavini Rafiq Cəlilovun qəbulunda olarkən ona ətraflı

məlumat verdim. Lakin heç bir tədbir görülmədi. Məcburiyyət qarşısında qalaraq Prezident Aparatı yanında korrupsiyaya qarşı mübarizə komissiyasının sədri Ramiz

Mehdiyevə üç dəfə, Milli Məclis sədri Oqtay Əsədova isə iki dəfə teleqram vuraraq üzləşdiyim problem barədə məlumat verdim. Araşdırılmaq üçün komitəyə göndərilməmək

barədə xahişimə baxmayaraq, müraciətlərimin hamısı nədənsə yenə də ora göndərilib. Komitədə isə heç bir araşdırma aparılmadan, şikayətçi ilə görüşmədən, əsas

məqamları təyin etmədən standart cavab hazırlanıb. Müraciətimə cavabda bildirilib ki, zəruri sənədlər toplusu 1 saylı ərazi şöbəsinə təqdim edildikdən sonra özəlləşdirmə

məsələsinə baxıla bilər. Cənab Cəlilovun yəqin yadından çıxıb ki, 2 may 2008-ci ildə zəruri sənədlər əsasında 7791 saylı icarə müqaviləsini məhz özü imzalayıb və bu,

özəlləşdirmənin son mərhələsidir”. Ə.Teymurov bu müraciətdən, dəqiq, obyektiv yoxlama aparılandan sonra müvafiq tədbir görüləcəyinə ümid etdiyini də dilə gətirib.

Nigar

P.S. Yazıdakı məqamla bağlı aidiyyəti qurumun da mövqeyini dərc edə bilərik.

“Ilham Əliyev açıq danışmağı bacaran siyasətçilərdən deyil”
AXCP sədri dövlət başçısının Türkiyə siyasətini tənqid etdi

“Mən Azərbaycanın milli maraqlarını müdafiə etmək əvəzinə, öz kürsü maraqlarını güdən hökuməti vətənpərvər saya bilmərəm”

ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri, bu səfər ərəfəsində Bakı ilə Ankara arasında gərginliyin yaşanması gündəmi zəbt edib. AXCP sədri Əli Kərimli ilə müsahibəmizin mövzusunu da elə bu məsələlər təşkil edir.

- ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri başa çatdı. Onun səfər çərçivəsində verdiyi mesajlardan hansı nəticələri çıxarmaq olar?

- Barak Obamanın Türkiyəyə səfəri, özünün də bəyan etdiyi kimi, Ankaranın Vaşinqtonla çox önəmli bir müttəfiq olduğunu vurğulamaq məqsədi daşıyırdı. Çünki son illərdə belə bir rəy yaranmışdı ki, Türkiyə soyuq müharibə dövründə ABŞ üçün çox önəmli müttəfiq olsa da, bundan sonra önəmi azaldı. Corc Buşun hakimiyyəti illərində isə bu müttəfiqlik əslində formal xarakter daşıdı və münasibətlərdə kifayət qədər gərginlik yaşandı. Barak Obama Türkiyəyə səfəri və orada verdiyi mesajlarla bu ölkənin ABŞ-ın çox ciddi strateji müttəfiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Səfər zamanı ABŞ prezidenti dəfələrlə Türkiyənin önəmindən, bölgədə oynaya biləcəyi roldan danışdı. Türkiyəyə bütövlükdə Islam dünyası üçün nümunə ola biləcək bir dövlət kimi baxdıqlarını vurğuladı. Türkiyənin Avropa Birliyinə üzv olmasına dəstəyini ifadə elədi. Bunların hamısı Türkiyənin, həmçinin Azərbaycanın maraqlarına uyğun idi. Amma təbii ki, Barak Obama parlamentdə çıxış zamanı bir sıra məsələlərlə bağlı Türkiyə və Azərbaycan cəmiyyətini məyus da etdi. Əvvəla, o, uydurulmuş erməni soyqırımı ilə bağlı seçki kampaniyası dövründə söylədiyi fikirləri dəyişmədiyini ifadə elədi və Türkiyəni Ermənistanla sərhədləri açmağa çağırdı. Bunlar əlbəttə ki, bizdə təəssüf doğurur və hələ də erməni diasporasının ABŞ-da çox ciddi təsirə malik olduğunu göstərir. Amma geniş mənada baxdıqda Türkiyəyə ABŞ-ın dəstəyinin artması, münasibətlərin yeni bir mərhələsinin başlanması müsbət haldır.

“Ankara beynəlxalq təzyiqlərə dözməyi bacarmalıdır”

- Son günlər Azərbaycan-Türkiyə münasibətlərində bir gərginlik yaşanır. Baş verənlərlə bağlı müxtəlif mülahizələr, rəylər irəli sürülür. Siz bu barədə nə düşünürsüz?

- Doğrudan da son günlərdə rəsmi Bakı ilə Türkiyə arasında gərginlik müşahidə olunur. Bu əlbəttə, onunla əlaqədardır ki, çox ciddi mənbələr Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı barədə fikirlər irəli sürürlər. Əslində Barak Obamanın Türkiyəyə səfəri zamanı da buna işarələr oldu. Bu da təbii ki, Azərbaycanda hər kəsi, o cümlədən hökuməti narahat edir və etməlidir. Əlbəttə ki, biz azərbaycanlılar Ermənistanla konfliktdə hər zaman türklərlə birlikdə zərər çəkmişik – bir türk olaraq. Açıq danışmaq lazımdır ki, ermənilər 1905-də, 1918-də, hətta 1991-ci ildəki Xocalı soyqırımını törədəndə də azərbaycanlı qadınları, uşaqları türk olaraq qətlə yetiriblər. Biz hər zaman düşünmüşük ki, ermənilər bizim ümumi düşmənlərimizdir. Çünki hal-hazırda Ermənistanın iddiası yalnız işğal etdiyi Azərbaycan torpaqlarına aid deyil. Ermənistan Türkiyənin də böyük ərazilərinə rəsmən iddia edir. Hətta Türkiyənin Ağrı dağı Ermənistanda milli simvollardan biri kimi təqdim olunur. Həmin ərazilər uğrunda mübarizə rəsmi dövlət səviyyəsində təsbit edilib. Bundan əlavə erməni lobbisi dünyanın hər yerində erməni soyqırımı adlı bir uydurma ilə Türkiyəyə qarşı neçə illərdir ki, təzyiq kampaniyası aparır. Yəni, ümumi problemlərimiz olduğuna görə daim Azərbaycan və Türkiyə eyni mövqedən çıxış edib. Biz həmişə Türkiyənin dəstəyini yüksək qiymətləndirmişik və hər zaman da gözləmişik ki, bu dəstək daimi olsun. Ona görə də indi Azərbaycanda hər kəsin bu siyasətin dəyişməsi gözləntilərindən məyus olması başa düşüləndir. Bizim də fikrimizcə, Türkiyəyə xaricdən müəyyən təzyiqlər olsa da, rəsmi Ankara necə ki, son 17-18 ilin ərzində Ermənistanla münasibətlər qurmaqdan imtina edib, beynəlxalq təzyiqlərə sinə gərib, bundan sonra da bu təzyiqlərə dözməyi bacarmalıdır. Yalnız bizim mənafeyimizə görə yox, elə özlərinin mənafeyinə görə də.

“Türkiyə xalqına xüsusi müraciət edəcəyik”

- Ermənistanla sərhədləri açmaq Türkiyəyə nə verə bilər?

- Əslində Ermənistanla sərhədləri açmaq olar. Nəinki Türkiyə, Azərbaycan da bu sərhədləri aça bilər. Amma gərək Ermənistan da işğalçı tərəf olaraq Azərbaycan torpaqlarını geri qaytarsın, Türkiyəyə qarşı iddialarından əl çəksin. Ermənistan buna hazırdırmı? Yox. Bir halda ki, Ermənistan bizlərə qarşı öz aqressiv siyasətindən imtina etməyəcək,  Türkiyənin birtərəfli qaydada güzəşti olsa-olsa dostların birgə müdafiə mövqeyini zəiflədəcək, erməniləri aqressiv siyasətə daha da şirnikləndirəcək. Azərbaycan və Türkiyə ayrı-ayrılıqda öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkəcək. Türkiyə xalqı da Ermənistanla sərhədləri açmağın tərəfdarı deyil. Onlar da bu məsələdə təxminən bizim kimi düşünürlər. Türkiyə mediasının, ictimai quruluşlarının, siyasi partiyalarının əksəriyyəti hökumətin belə bir addım atmasını istəmir. Amma eyni zamanda Türkiyənin üzərində müəyyən bir beynəlxalq təzyiq var. Bu təzyiqi adlatmaq üçün isə Türkiyə belə bir güzəştə getməyə hazırlaşırmış kimi görünür.

Bu vəziyyətdə biz hesab edirik ki, Türkiyə ictimaiyyətinə müraciət etmək, rəsmi Ankaranı gözlənilən yanlış addımdan çəkindirmək lazımdır. Yeri gəlmişkən, bu məqsədlə biz Qarabağ və Respublika Uğrunda Hərəkat olaraq Türkiyə xalqına xüsusi müraciət edəcəyik. O cümlədən Türkiyə hökumətinə, bu ölkənin siyasi partiyalarına, KIV-lərinə, ziyalılarına müraciətlər olacaq. Biz çalışacağıq qardaşlarımızı inandıraq ki, belə bir qərarın qəbul edilməsi həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarına ziddir.

“Türkiyəyə münasibətdə seçilən siyasəti uğurlu hesab etmirəm”

- Bəs Azərbaycan hakimiyyətinin baş verənlərə yanaşmasını necə dəyərləndirirsiniz?

- Ermənistanla sərhədlərin açılmasına çox ehtiyatlı şəkildə, dolayısı ilə -  çünki açıq şəkildə hökumət rəsmiləri bu barədə danışmırlar – etirazların edilməsinə müsbət baxıram. Amma Türkiyəyə münasibətdə seçilən siyasəti uğurlu hesab etmirəm. Türkiyədən küsmək yox, Türkiyə ilə sıx dialoq içində olmaq lazımdır. Biz düşmənlərimizi sevindirməməliyik. Yaranmış fikir ayrılığına görə  Türkiyədən uzaqlaşıb, ermənilərə bizim torpaqlarımızı işğal etməkdə birbaşa yardım etmiş və bu yardımı bu gün də davam etdirən Rusiyanın qucağında özümüzə sürətlə yer etməli deyilik. Biz strateji müttəfiqimizi dialoq şəraitində yanlış addımlardan çəkindirməliyik. Amma Azərbaycan hökuməti nə edir? Əvvəla, dövlət başçısı Türkiyəyə dəvətdən imtina edir. Amma bu barədə belə bir izahat verir ki, onun proqramı çox sıxdır, işləri çox olduğuna görə Türkiyəyə getmir. Buna ciddi yanaşsaq, belə məlum olur ki, dövlət başçısı hər hansı bir etiraza görə yox, iş qrafiki sıx olduğuna görə Türkiyəyə getməyib. Bu rəsmən irəli sürülmüş versiyadır. Hər halda Türkiyənin xarici işlər naziri Əli Babacan belə bir açıqlama verib və Azərbaycan da bunu təkzib etməyib. Dövlət başçısının həmin günkü iş qrafikinə baxsaq, görərik ki, o, Azərbaycanda keçid açılışında iştirak edib və Təhlükəsizlik Şurasının iclasını çağırıb. Belə çıxır ki, keçid açılışında iştirak etmək və iclas keçirmək – həmin iclası təxirə salmaq olardı – səbəb olub ki, Ilham Əliyev çox mötəbər bir tədbirə gedib Azərbaycanın mövqeyini ifadə etməsin.

“Ilham Əliyev Türkiyəyə gedib açıq mövqe ifadə etməliydi”

- Yəni, Ilham Əliyevin Türkiyəyə getməkdən imtinasını yanlış sayırsınız…

- Hər halda həmin tədbirə qatılıb Azərbaycanın mövqeyini ifadə etmək daha yaxşı variant olardı. Təsəvvür edin ki, Ilham Əliyev Türkiyəyə gedir, çox açıq şəkildə Türkiyə siyasətçiləri ilə bu mövzuda dialoq aparır və Azərbaycanın bu məsələ ilə bağlı narahatlığını ifadə edir. Həm də təkcə bağlı qapılar arxasında yox, eyni zamanda Türkiyə xalqına açıq mətnlə müraciətlər etməklə. Yəqin ki, gördünüz, Barak Obama Türkiyə-Ermənistan münasibətlərilə bağlı türk ictimaiyyətini məmnun etməyəcək fikirlərini çox açıq şəkildə prezident Gülün yanında ifadə elədi. Yəni, məcburən türk ictimaiyyəti Obamanın onları məmnun etməyən çıxışını eşitdi. Azərbaycanın dövlət başçısı da analoji addımı ata bilərdi. Təsəvvür edin ki, Ilham Əliyev prezident Gülnən mətbuat konfransında Türkiyə mediası vasitəsilə türk xalqına Azərbaycanın bu məsələdəki narahatlığını çatdırır və ehtimal olunan bu addımın təkcə Azərbaycanın yox, elə Türkiyənin də dövlət maraqlarına zidd olduğunu bəyan edir. Çox açıq şəkildə Türkiyə xalqından belə bir addımı gözləmədiyini deyir. Mən inanıram ki, Türkiyə xalqının etirazı olacağı təqdirdə heç bir hakimiyyət bu addımı ata bilməz. Çünki orada hakimiyyətin mənbəyi xalqdır, Azərbaycandakı kimi seçki komissiyaları deyil. Vəziyyəti daha yaxşı ifadə etmək üçün təsəvvür edək ki, rəhmətlik Əbülfəz Elçibəy sağdır, heç prezident də deyil və o, gedib Türkiyə xalqına belə müraciətlər edir. Effekti özünüz təsəvvür edin. Axı türk milləti özü də Ermənistanla faktiki düşmən münasibətindədir.

- Ilham Əliyev Elçibəy deyil axı…

- Doğrudur, Ilham Əliyev Əbülfəz Elçibəy deyil və onun Türkiyədəki təsiri Bəyin təsiri qədər ola bilməz. Amma istənilən halda Azərbaycanı təmsil edən dövlət başçısı xalqımızın gözləntilərini türk ictimai rəyinə birbaşa çatdırmalıydı. Bu variant daha effektli olardı. Daha hansısa keçid açılışında iştirak etmək adıyla bu səfərdən yayınmamalıydı.

- Sizcə, Ilham Əliyev nə üçün Türkiyəyə gedərək Azərbaycanın mövqeyini ifadə etmək variantını seçməyib?

- Sizcə, Ilham Əliyev nə üçün Türkiyəyə gedərək Azərbaycanın mövqeyini ifadə etmək variantını seçməyib?

- Çünki Ilham Əliyev açıq danışmağı bacaran siyasətçilərdən deyil. O, açıq müzakirə tələb edilən əksər məsələlər barədə susmağa üstünlük verir. Mən daha dəqiq təfərrüatlarını bilmirəm. Bu sual daha çox onun özünə aiddir. Yaxşı olar ki, dövlət başçısı heç olmasa bu dəfə Azərbaycan xalqına izahat versin. Çünki o, heç vaxt atdığı addımlarla bağlı xalqa izahat vermir. Hesab edir ki, ölkəni, xalqa hər hansı izahat vermədən, hökmdarların idarə etdiyi kimi idarə etmək olar. Hər bir halda mən belə düşünürəm ki, daha doğru yanaşma açıq danışmaq olardı. Bunun əvəzində biz nə gördük? Bir tərəfdən Türkiyəyə səfərdən imtina keçid açılışı ilə ört-basdır edilir, digər tərəfdən isə Təhlükəsizlik Şurasının adından “dövlətlərin bir-birilə ikitərəfli münasibətlərinə qarışmırıq” şəklində bəyanat verilir. Bu nə deməkdir? Əgər biz Türkiyə ilə doğrudan da, müttəfiqiksə, onda bu münasibətlərə qarışmalıyıq. Strateji müttəfiqlik tələb edir ki, biz bu məsələləri Türkiyə ilə müzakirə edək. Türkiyənin də belə bir imkanı olmalıdır ki, üçüncü ölkələrlə münasibətlərimizi bizimlə müzakirə etsin. Bəs müttəfiqlik necə olur? Əgər biz üçüncü dövlətlərlə münasibətlərimiz barədə bir-birimizlə danışmırıqsa və Azərbaycan könüllü şəkildə bu hüquqdan imtina edirsə, o zaman niyə ağızdolusu strateji müttəfiqlikdən danışırdıq?

Bu arada Azərbaycan hakimiyyətinə bağlı olan quruluşlar da isterika ilə anti-Türkiyə kampaniyası aparırlar. Mən bunu çox yanlış hesab edirəm. Azərbaycan balaca ölkədir və hamı bir-birini tanıyır. Hamı görür ki, Prezident Aparatından tezis alan media quruluşları, bir sıra vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çox isterik şəkildə anti-Türkiyə kampaniyası aparırlar.

“Bir çoxları üçün bu, Ilham Əliyevə yarınmaq məsələsinə çevrilib”

- Bəlkə baş verənlər adamların vətənpərvərlik hisslərinə toxunub?

- Bilirsiniz, mən bu adamların vətənpərvərliyinə şübhə edirəm. Nəyə görə bizim bu vətənpərvərlər Rusiya qarşı belə bir münasibəti sərgiləmirlər? Rusiya Ermənistanla birlikdə bizim torpaqlarımızı işğal edib. Nə üçün bu vətənpərvərlər Ilham Əliyevin Moskvaya hansısa səfərdən imtina etməsini, Azərbaycanın MDB-dən çıxmasını tələb etmirlər? Rusiya Ermənistana raketlər yerləşdirəndə, bu ölkənin, hətta Qarabağın hava sistemini öz müdafiəsinə gbtürəndə niyə susdu bu ura-patriotlar? Nə üçün bir neçə ay əvvəl Rusiya Ermənistana 800 milyon dollarlıq silah verəndə bu adamların səsi çıxmırdı? Niyə Azərbaycan dövlət başçısı bu demarşı – əgər bu demarşdırsa – Moskvaya etmirdi? Biz strateji düşünməliyik. Bizim hal-hazırda Türkiyə ilə müəyyən bir problemimiz yaranıb. Türkiyəkədəki hakim partiyanın yanlış addım atması ehtimal olunur. Bu, hələ ehtimaldır. Bəlkə bunun qarşısı alınacaq? Buna görə Azərbaycanın yegəna uzunmüddətli müttəfiqi olacaq ölkə ilə münasibətləri korlamaq və Azərbaycana zaman-zaman düşmənçilik etmiş ölkələrin kölgəsinə sığınmaq yanlış siyasətdir. Bu siyasət dayandırılmalıdır. Azərbaycan cəmiyyəti bu siyasətə öz etirazını bildirməlidir. Azərbaycan cəmiyyəti onu da görür ki, bir çoxları üçün bu məsələ artıq milli maraqları müdafiə etmək məsələsindən Ilham Əliyevə yarınmaq məsələsinə çevrilib. Sanki Ilham Əliyevin addımlarını dəstəkləmək üçün kimin nə qədər səy göstərib, arqument irəli sürməsi uğrunda yarış gedir. Bunlar hamısı kənardan görünür və bunların milli maraqları müdafiə etmək kampaniyasına heç bir dəxli yoxdur.

- Deməli, Türkiyə qarşı etirazlar saxta vətənpərvərlikdir…

- Bu necə partiriot hökumətdir ki, Azərbaycanı öz xırda maraqlarına görə bütün dünyadan təcrid edib? Baxın, hal-hazırda Azərbaycanla Avropa Şurası arasında gərginik yaranıb. Avropa Şurası uzun illər siyasi məhbus problemini həll etməyən Azərbaycana müəyyən mənada sanksiya tətbiq edərək xüsusi məruzəçi təyin edib. Milli Məclisin sədri isə deyir ki, istəyirlər 10 məruzəçi təyin eləsinlər. Bu o deməkdir ki, Azərbaycan hökuməti Qənimət Zahidi, Eynulla Fətullayevi və digər siyasi məhbusları bir qədər də uzun müddətə girov saxlamaqdan ötrü demək olar, bütün Avropanı təmsil edən bir qurumla qarşıdurmaya gedir. Bu necə vətənpərvərlikdir? Öz şəxsi qisasını təmin etmək üçün Azərbaycanı bütün Avropaya qarşı qoyan hökuməti necə vətənpərvər hesab edək? Azərbaycanla ABŞ arasında da müəyyən gərginlik yaşanır. Kaş bu gərginlik erməni məsələsinə görə yaşanardı. Kaş hökumət başçıları cəsarət tapıb ABŞ-dan işğalçı Ermənistana qarşı niyə prinsipial siyasət yürütmədiyinin hesabını sorardı. Rusiya Gürcüstanın Osetiya və Abxaziyadan kənar ərazilərini işğal elədi. Həm Avropa Birliyi, həm də ABŞ Rusiya ilə münasibətləri kəsdi və Moskvanı məcbur elədi ki, qısa zaman kəsiyində bu əraziləri tərk etsin. Azərbaycanın “patritot hökuməti” həmin Avropa Birliyinin, ABŞ-ın qarşısında məsələ qaldırmalıydı ki, niyə ikili standart həyata keçirirsiniz? Məgər rusların işğal elədiyi Poti və digər ərazilərlə ermənilərin işğal elədiyi Ağdamın, Qubadlının, Laçının, Füzulinin, Cəbrayılın, bir sözlə, Dağlıq Qarabağdan kənar arəzilərimizin statusu eyni deyil? Niyə Ermənistana tolerant yanaşırsınız? Azərbaycan hökuməti həmin ölkələrlə münasibətlərin gərginləşməyini belə göz önünə alaraq bunu bəyan etsəydi, hə, onda deyərdim ki, mənim patriot hökumətim var və fikirləşərdim ki, bu hökumətə necə dəstək verim. Amma bunlar ABŞ-la münasibətləri niyə gərginləşdiriblər? Çünki “Azadlıq” radiosu həqiqətləri deyir, Azərbaycandakı korrupsiyadan danışır və mətbuata əli çatmayan, televiziyalarda həqiqəti görməyən vətəndaşlar maşınlarda həmin radio vasitəsilə bu həqiqətləri eşidirlər. Buna görə də Azərbaycan hökuməti özünə rəva görür ki, dünyanın ən böyük gücü ilə qarşıdurmaya gedib həmin radionu bağlasın. Mən belə hökuməti necə patriot saya bilərəm? Mən Azərbaycanın milli maraqlarını müdafiə etmək əvəzinə, öz kürsü maraqlarını güdən hökuməti vətənpərvər saya bilmərəm.

“Hakimiyyətin patriotluğuna şübhə ilə yanaşıram”

- Opponentləriniz dediklərinizə qarşı sizi qərəzlilikdə suçlaya bilər…

- Mən istəmirəm belə təəssürat yaransın ki, müxalifətdə olduğuma görə hökumətin bütün addımlarına “yox” deyirəm.

Xeyr. Amma baxın, mən ölkənin aparıcı siyasi partiyalarından birinin rəhbəri kimi milli maraqlarımız naminə müəyyən işlər görə bilərəm. 2005-ci ildə Türkiyəyə səfərim zamanı 4 saat bu ölkənin aparıcı telekanllarında çıxışlarım olub. Azərbaycan həqiqətlərini Türkiyə KIV-i vasitəsilə türk ictimai rəyinə çatdırmışam. Bundan əlavə Türkiyə müxalifətinin liderləri – CHP başqanı cənab Dəniz Baykalla, MHP başqanı cənab Dövlət Baxçalı ilə və bu ölkənin digər nüfuzlu siyasət adamları ilə əlaqələrim, Həmçinin Türkiyə prezidenti cənab Abdullah Güllə münasibətlərim var. Mən bu imkanlarımdan istifadə edib, Azərbaycan xalqının narahatlığını türk ictimaiyyətinə çatdıra bilərəm. Amma necə hesab edirsiniz, bu hökumət mənə pasport verərmi? Əlbəttə, yox. Çünki bu hökumətə müxalifət liderlərinin xaricə səfərlərini məhdudlaşdırmaq lazımdır. Mən bütün bu dediklərimi ümumiləşdirərək, Azərbaycan hakimiyyətinin patriotluğuna şübhə ilə yanaşıram, bu rejimi vətənpərvər saymıram.

- Təklifiniz nədir?

- Azərbaycan hakimiyyəti nəhayət, məsuliyyətli olaraq yanlış siyasətindən imtina etməlidir. Gerçəkdən Azərbaycanın maraqlarına uyğun siyasət həyata keçirməlidir. Anti-Türkiyə kampaniyası dayandırılmalıdır. Sıx dialaq şəraitində Türkiyənin hazırki hökumətini atacağı addımın səhv olduğuna inandırmağa çalışmaq, Türkiyə xalqının köməyindən istifadə etmək lazımdır ki, gözlənilən yanlış addım atılmasın. Eyni zamanda Azərbaycan hökuməti papağını qarşısına qoyub fikirləşməlidir ki, ölkəni hara aparır. Hökumət bütün sivil təşkilatların hamısını Azərbaycana düşmən elan etməməlidir. Hökumətə ünvanlayıb deyirəm, cənablar, hakimiyyəti uzun müddətə zəbt etmək naminə niyə Azərbaycanı bu sivil dünyaya qarşı qoyaraq təkləyirsiniz? Azərbaycan hökuməti nəhayət, bu barədə düşünməlidir.

“Rusiyapərəst siyasətə keçid üçün bu məqamdan istifadə etmək istəyirlər”

- Bayaq dediniz ki, hakimiyyət Qərbi Azərbaycana ikili standartlarla yanaşmaqda ittiham etməliydi. Məgər hökumət rəsmiləri beynəlxalq birliyin ünvanına az belə ittiham səsləndirib?

- Ittiham ediblər, amma necə? Məsələn, deyiblər ki, nə üçün Ermənistanda müxalifət fəallarının həbsinə etiraz etmirsiniz, amma Azərbacanda edirsiniz. Yəni, bunlar demək istəyirlər ki, bizə də belə şans verin, biz də müxalifət fəallarını həbs edək, aksiyaları qəddarcasına dağıdaq, amma dinməyin. Onlar ikili standart deyəndə bunu nəzərdə tuturlar.

- Ilham Əliyevin Türkiyəyə səfərdən imtinası ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəzi fikirlərə görə, bu addım heç də Türkiyənin Ermənistanla bağlı siyasətinə etiraz olaraq atılmayıb. Siz necə düşünürsüz?

- Açıq hiss olunur ki, Azərbaycan hakimiyyəti Türkiyə hökumətinin bu tərəddüdlü siyasətindən bir az da istifadə edərək öz strateji seçimini dəyişmək istəyir. Daha birmənalı şəkildə Rusiyapərəst siyasətə keçid üçün bu məqamdan istifadə etmək istəyir. Biz hər zaman deyirdik ki, Azərbaycan hakimiyyəti ölkənin Qərbə inteqrasiyasına mane olur. Bu günlərdə NATO-nun sammiti keçirilidi və dünyanın ən güclü təşkilatı Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Imkan versinlər, Azərbaycan NATO-ya üzv olsun və ərazi bütövlüyümüzün təminatına da dəstək versin. Amma yox, bunlar başa düşürlər ki, Avropa Birliyi ilə sıx münasibətlər qurmaq, NATO-ya üzvlük sonda demokratiyanı labüdləşdirəcək. Ona görə “patriotluq” edirlər. Başa düşmək lazımdır ki, psevdo-patriotizm gözdən pərdə asmaqdan ötrüdür. Bu hakimiyyətin əsas marağı hansı üsulla olursa-olsun avtoritar idarəetməni saxlamaq və öz hökmranlığını daha uzun müddətə təmin etməkdir. Ona görə də Azərbaycanı uğurlu geopolitik seçimlərdən məhrum edirər. Müxtəlif məqamlardan istifadə edərək Azərbaycanı yenidən Rusiyanın qanadı altına aparmaq istəyirlər. Bu son hadisədən də yararlanıb Rusiyapərəst siyasətlərinə haqq qazandırmaq istəyirlər. Hay-küy salırlar ki, Azərbaycan qazını Türkiyəyə satmayacaq. Kimə satacaq? Rusiyaya. Necə olur bu? Məgər Türkiyə bizə nə zamansa Rusiyanın vurduğu zərbələri vurub? Bütün bunların arxasında hökumətin geopolitik seçimində dəyişikliklər etmək niyyəti görünür. Azərbaycan cəmiyyəti baş verənlərin fərqində olmalıdır.

Vidadi Məmmədov

Rusiya sərhədlərin açılmasına yol vermək istəmir
Vəfa Quluzadə: «Rusiyanın marağı Azərbaycana qoşun yeritmək, Türkiyənin də marağı Ermənistanla sərhədləri açmaqdır»

“Rusiya yalnız öz hərbi qüvvələrini Azərbaycana yerləşdirəcəyi halda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq verə bilər”

Gündəmdə olan və ən çox diqqəti çəkən məsələ Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı gəzən söhbətlərdir. Artıq Türkiyə rəhbərliyi Ermənistanla sərhədləri açmaq niyyətində olmadığını bildirsə də, bu mövzu ətrafında söhbətlər hələ bitmək bilmir. Mövzunun demək olar bütün başqa məsələləri kölgədə qoyduğunu desək, yanılmarıq.

Azərbaycan prezidenti Ilham Əliyevin bu ərəfədə Rusiyaya səfərə hazırlaşması, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rusiylı həmkarı Putinlə telefonla danışması və bu ölkəyə səfər etmək niyytində olduğunu deməsi mövzuya diqqəti bir qədər də artırdı. Sərhədlərin açılmasında maraqlı olmayan tərəflərdən birinin Rusiya olduğunu nəzərə aldıqda, həm Azərbaycan prezidenti, həm də Türkiyənin baş naziri Ərdoğanın bu ölkədə müzakirə edəcəkləri əsas məsələnin məhz bu mövzu olduğu sirr deyil. Bəs Rusiyanın indiki halda mövqeyi necə ola bilər?

Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, bu məsələdə Rusiyanın mövqeyi əvvəlki kimi olacaq: “Hələ Heydər Əliyevin vaxtında dəfələrlə Rusiya təklif edirdi ki, Azərbaycanın bir neçə rayonunun azad edilməsinə kömək etsin. Bunun əvəzində isə həmin torpaqlarda sülhməramlı qüvvələr kimi rus əsgərləri yerləşdirilsin. Bu, Rusiyanın çoxdankı mövqeyidir və hələ ki, dəyişməyib. Heydər Əliyev ölkə ərazisində xarici qoşunların yerləşdirilməsini rədd edirdi. Ilham Əliyev də bir neçə gün əvvəl bəyanat verib ki, Azərbaycan torpaqlarında xarici qüvvələr yerləşdirilə bilməz. Ola bilsin ki, indi Ərdoğan Ermənistanla sərhədlərin açılmasında maraqlıdır. Amma Rusiya bunda maraqlı deyil”.

Politoloqun sözlərinə görə, Rusiya yalnız öz hərbi qüvvələrini Azərbaycana yerləşdirəcəyi halda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq verə bilər: “Rusiya yalnız Azərbaycanda öz əsgəri mövcudluğunu yenidən bərpa etsə, buna birtəhər razı olar. Rusiya 1993-ci ildən bəri öz qoşunlarını hər hansı bir adla Azərbaycanda yerləşdirməyə çalışır. Birinci cəhd Kəlbəcərin işğalından dərhal sonra edilmişdi. Onda xarici işlər nazirinin birinci müavini Adamişın təklif etmişdi ki, Azərbaycan heç olmasa bir batalyon rus əsgərinin Kəlbəcərə gəlməsinə razılıq versin. Məni Moskvaya dəvət edib bunu Elçibəyə çatdırmağı xahiş etmişdilər. Amma Elçibəy buna rədd cavabı vermişdi. Ondan sonra rayonların işğalı davam etdi. Bundan sonra da dəfələrlə müxtəlif səviyyələrdə bu məsələ barədə danışılıb. Rusiyanın əsas məqsədi Azərbaycanda öz hərbi mövcudluğunu bərpa, Azərbaycanı təhlükəsizlik ittifaqına aktiv üzv etməkdir. Bununla da Rusiya NATO-ya cavab vermiş olacaq. Üstəlik, bu gün Rusiya Amerikadan, NATO-dan tələb edir ki, Qərb MDB-nin birləşmiş silahlı qüvvələrini tanısın. Qərb də bunu tanımır, tanımaq da istəmir. Ona görə də, sözsüz ki, Rusiyanın əsas məqsədi Azərbaycanı birtəhət şirnikləndirib bura öz qoşunlarını gətirmək və təhlükəsizlik ittifaqına üzv etməkdir. Azərbaycan rus qoşunlarının burda yerləşməsinə razılıq versə, onda guya 5 rayon işğaldan azad ediləcək.

Əslində erməni işğalından rus işğalına keçəcək. Əgər Azərbaycan buna razılıq versə, onda Rusiya icazə verəcək ki, Ermənistan-Türkiyə sərhədi açılsın. Amma bu olmasa, Rusiya sərhədlərin açılmasına icazə verməyəcək. Nəsə ortalığa çıxacaq və sərhədlər açılmamış qalacaq. Baxmayaraq sərhədlərin açılması üçün iş gedir, Türkiyə rəhbərliyi bəyanatlar verir ki, sərhədləri Azərbaycanın razılığı olmadan açmayacaqlar. Indi məqsəd torpaqların işğal azad edilməsindən əvvəl Azərbaycanın razılığını əldə etməkdir. Buna tamamilə mənfi baxıram. Hesab edirəm ki, Azərbaycanın prezidenti heç vaxt ölkəyə xarici qoşunların gəlməsinə icazə verməyəcək. Əgər bu belə asan məsələ idisə, Azərbaycanla Ermənistan bunu özləri həll edirdisə, onda Medvedev, Rutin, Ərdoğan və başqaları nəyə lazım idi. Ermənistan gəlib Azərbaycanla danışsın, şərtsiz beş rayondan öz qoşunlarını çıxarsın. Azad olunan əraziyə Azərbaycan qoşunları daxil olsun. Yada salmaq istəyirəm ki, 1992-1993-ci illərdə Azərbaycan rayonları işğal ediləndə gündəlik yaradılmışdı və orada erməni qoşunlarının çıxması və Azərbaycan qoşunlarının daxil olması müzakirə olunurdu. Orda mübahisəyə əsas səbəb Azərbaycan qoşunlarının hansı növ silahla işğaldan azad ediləcək torpaqlara daxil olmasıydı. Atıcı, yoxsa ağır silahlarla. Indi görün vəziyyət nə qədər dəyişib ki, bunu heç gündəmə gətirmirlər. Ermənilər Rusiyanın təsiri ilə deyirlər biz qoşunlarımızı işğal altında olan torpaqlardan çıxarmağa o vaxt razılıq verərik ki, ora Azərbaycan qoşunları gəlməsin. Azərbaycan qoşunları ora getməsə, torpaqlar işğaldan azad edilsə, ora nə bir adam işləməyə gedəcək, nə də əhali qayıdacaq. Çünki əhali yenə də soyqırıma məruz qalmaqdan qorxacaq. Ermənilər özlərini belə göstəriblər.

Ancaq deyirlər ki, guya bizdən qorxurlar, ona görə bizim qoşunun ora gəlməsini istəmirlər. Bunların hamısı boş-boş bəhanələrdi. Rusiyanın marağı Azərbaycana qoşun yeritməkdir, Türkiyənin də marağı Ermənistanla sərhədləri açmaqdır. Bunların hamısı baş tutsa, bizim əleyhimizə olacaq”.

Fizzə